Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq

0
536

Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq.

 

Apasport.az saytının məlumatına görə, kubok ötən il olduğu kimi, bu il də İspaniyaya gedəcək.

 

Sadəcə keçən ildən fərqli olaraq bu dəfə nüfuzlu mükafat uğrunda “Sevilya”nın rəqibi “Barselona” deyil, onun əzəli rəqibi “Real” olacaq. Çempionlar Liqasının qalibi adını qazanan Zinəddin Zidanın yetirmələri Avropa Liqasının “əbədi qalibi” “Sevilya”nı bu dəfə də məyus qoymaq istəyir.

 

Belə ki, bu matç rəqiblərin ikinci Superkubok duelidir. 2014-cü ildə də “Real” və “Sevilya” mükafatın qalibini müəyyənləşdirmişdi. Həmin vaxt Uelsin Kardiff şəhərində keçirilən görüşdə Madrid klubu daha güclü olmuşdu – 2:0. “Millenium”da hər iki qolu Kriştianu Ronaldo vurmuşdu. Portuqaliyalı “Sevilya”nın tarixində bu komandaya ən çox qol vuran oyunçudu – 22 top.

 

Əndəlüslülər isə ötən il gərgin mübarizədən sonra (“Barselona” – “Sevilya” – 5:4) əldən verdikləri qəniməti bu dəfə nəyin bahasına olursa olsun qazanmaq istəyirlər. “Kral klubu” bu vacib oyunda zədə səbəbindən əsas ulduzu, son Avropa çempionu Kristiano Ronaldonun xidmətindən məhrum olub.

 

Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

 

UEFA Superkuboku

9 avqust

 

22:45. “Real” (İspaniya) – “Sevilya” (İspaniya)

Baş hakim: Milorad Majiç

Tronheym (Norveç). “Lerkendal” stadionu

BIR CAVAB BURAXIN