Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşəcək

0
561

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı “Qarabağ” komandası təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan “Qarabağ”ın potensial rəqiblərinin sayı 5-ə enib. Bunlar Makedoniyanın “Şkendiya”, Lüksemburqun “Düdelanj”, Sloveniyanın “Olimpiya” (Lyublyana), Litvanın “Suduva” və Gürcüstanın “Torpedo” (Kutaisi”) komandalarıdır.

1-ci qrup

Səpələnmişlər: APOEL (Kipr), “Qarabağ” (AZƏRBAYCAN), “Şerif” (Moldova), TNS (Uels), “Videoton” (Macarıstan)

Səpələnməmişlər: “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Lyublyana, Sloveniya), “Suduva” (Litva), “Torpedo” (Kutaisi, Gürcüstan)

2-ci qrup

Səpələnmişlər: “Ludoqorets” (Razqrad, Bolqarıstan), “Legiya” (Varşava, Polşa), “Malmö” (İsveç), “Rusenborq” (Norveç), HİK (Helsinki, Finlandiya)

Səpələnməmişlər: “Vikinqur” (Farer adaları), “Kruzaders” (Şimali İrlandiya), ilkin mərhələnin qalibi, “Kork Siti” (İrlandiya), “Valür” (Reykyavik, İslandiya)

3-cü qrup

Səpələnmişlər: “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Srvena Zvezda” (Serbiya), “Hapoel” (Beer-Şeva, İsrail), “Kukesi” (Albaniya), “Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər: “Spartak” (Trnava, Slovakiya), “Valletta” (Malta), “Alaşkert” (Ermənistan), “Sutyeska” (Monteneqro), “Spartak” (Yurmala, Latviya), “Flora” (Tallin, Estoniya)

Bu mərhələnin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.

Növbəti mərhələyə yüksələcək 16 komandaya daha 4-ü – BATE (Borisov, Belarus), “Dinamo” (Zaqreb, Xorvatiya), “Midtyuland” (Danimarka) və ÇFR (Kluj, Rumıniya) qoşulacaq. Beləliklə, II təsnifat mərhələsində 10 cüt formalaşacaq. I təsnifat mərhələsini adlayacağı təqdirdə, “Qarabağ” yenə səpələnmişlər səbətində yer alacaq. Oyunlar 24-25 iyulda və 31 iyul-1 avqustda keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

BIR CAVAB BURAXIN