Bu gün çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq

0
525

 

Bu gün çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq. E, F, G və H qrupunda baş tutacaq qarşılaşmalarda 1/8 finalın bütün iştirakçılarının adlarına aydınlıq gələcək. F qrupunda “Napoli” ilə “Şaxtyor” qiyabi mübarizə aparacaqlar. Belə ki, italiyalılar səfərdə “Feyenord”a qalib gəlib “Mançester Siti”nin qələbəsinə ümid edəcək. “Şaxtyor” isə doğma meydanda ingilislərdən xal almağa çalışacaq. E qrupunda da heç nə həll olunmayıb. Bu baxımdan qrupun hər iki oyunu olduqca əhəmiyyətlidir. G qrupunda qrupdan çıxmağı təmin etmiş “Beşiktaş” qarşısında “Leyptsiq” qələbə axtarışında olacaq. Əks halda “Monako”ya qalib gələcək “Porto” 1/8 finala yüksələcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

6 dekabr

E qrupu

23:45. “Maribor” (Sloveniya) – “Sevilya” (İspaniya)

23:45. “Liverpul” (İngiltərə) – “Spartak” (Rusiya)

 

1. Liverpul 5 2 3 0 16-6 9
2. Sevilya 5 2 2 1 11-11 8
3. Spartak 5 1 3 1 9-6 6
4. Maribor 5 0 2 3 2-15 2

F qrupu

23:45. “Feyenoord” (Hollandiya) – “Napoli” (İtaliya)

23:45. “Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə)

 

1. Mançester Siti 5 5 0 0 13-3 15
2. Şaxtyor 5 3 0 2 7-8 9
3. Napoli 5 2 0 3 10-9 6
4. Feyenord 5 0 0 5 3-13 0

G qrupu

23:45. “Porto” (Portuqaliya) – “Monako” (Fransa)

23:45. “Leypsiq” (Almaniya) – “Beşiktaş” (Türkiyə)

 

1. Beşiktaş 5 3 2 0 9-4 11
2. Porto 5 2 1 2 10-8 7
3. Leypsiq 5 2 1 2 9-9 7
4. Monako 5 0 2 3 4-11 2

H qrupu

23:45. “Tottenhem” (İngiltərə) – APOEL (Kipr)

23:45. “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)

 

1. Tottenhem 5 4 1 0 12-4 13
2. Real Madrid 5 3 1 1 14-5 10
3. Borussiya D. 5 0 2 3 5-10 2
4. APOEL 5 0 2 3 2-14 2

Apasport

BIR CAVAB BURAXIN