“Bu, gərginliyə səbəb olacaq” — Rusiyadan NATO-ya xəbərdarlıq

0
282

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, NATO-nun Qaradənizdə daimi iştirak planları Rusiyanı narahat edib.

“NATO-nun Qaradənizdə daimi iştirakı gərginliyə səbəb olacaq”,- deyə RF XİN-in Avropa Əməkdaşlıq Departamentinin direktoru Andrey Kelin bildirib.

“Biziə məlum olduğu kimi, NATO bəzi ölkələrin, xüsusən Rumıniyanın çağırışına cavab olaraq Qaradəniz regionunda mövqelərini möhkəmləndirmək variantını nəzərdən keçirir. Əgər bu regionda daimi NATO birliklərinin yerləşdirilməsi ideyası həyata keçirilsə bu sabitliyin pozulmasına səbəb olacaq. Bura NATO-nun dəniz məkanı deyil. Bu hərəkətin bizim NATO ilə münasibətlərimizi yaxşılaşdıracağını düşünmürəm. İndiyə qədər Qara dənizdə NATO-nun birlikləri olmayıb, sadəcə qeyri region dövlətlərinin ayrı-ayrı hərbi gəmiləri bu sulardan keçib”,- deyə Kelin vurğulayıb.

NATO-nun baş katibi Yens Stoltenberq iyunun 13-də Polşa və Baltikyanı ölkələrdə NATO batalyonlarının yerləşdiriləcəyini bəyan etmişdi. Bir gün əvvəl isə o, NATO-nun Qaradənizdə iştirakının gücləndiriləcəyini söyləyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five + 3 =