Britaniyadan Ərdoğana tam dəstək

0
471

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Rusiyanın tələbi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin Tehranda keçirdiyi zirvə görüşünün nəticələrini və İdlibdəki prosesləri müzakirə etmək üçün toplanıb.

Axar.az xəbər verir ki, Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Karen Pirs Türkiyənin mövqeyini dəstəkləyib.

“Əsəd rejimi və Rusiyanın İdlibə hücum etməsi, ya da Türkiyənin terrorçulara qarşı mübarizəsi arasında seçim etməliyik. Türkiyənin İdlib üçün bir planı var, müxaliflər terrorçularla mübarizə apararkən rejim onlara hücum etməyəcək. Şuranın bunu müzakirə etməsi lazımdır. Ərdoğanın fikirlərini qətiyyətlə dəstəkləyirik”, – Pirs söyləyib.

BIR CAVAB BURAXIN