Britaniyada güclü qar fəsadlar törətdi

0
449

Böyük Britaniyada güclü qar yağıb, ölkənin bir sıra regionlarında hava və dəmiryol nəqliyyatının hərəkəti iflic olub. Uelsin bir neçə rayonunda qarın hündürlüyü 17-30 sm-ə çatıb. Yağan qar Londonun Hitrou hava limanında aviareyslərin təxirə salınması və yaxud ləğvinə səbəb olub.

Britaniyanın bir çox regionunda güclü qar nəticəsində minlərlə ev işıqsız qalıb. Bir çox şəhərlərdə məktəblərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Apa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − 3 =