Britaniya parlamentinin spikeri: Tramp burada çıxış etməsin

0
420

John Bercow
John Bercow

Birləşmiş Krallıq parlamentinin icmalar palatasının spikeri John Bercow ABŞ prezidenti Donald Trampın Britaniyaya rəsmi səfəri ərəfəsində parlamentdə çıxışına “qarşı olduğunu” deyib.

Cənab Bercow millət vəkillərinə “seksizm və irqçiliyin çox mühüm” məsələlər olduqlarını deyib.

Çıxışından sonra cənab Bercow Şotlandiya Milli Partiyasının millət vəkilləri tərəfindən alqışlanıb.

Cənab Tramp keçən ay Britaniyanın baş naziri Theresa May ilə Washinton-da görüşündən sonra Britaniyaya rəsmi səfərə gəlməyə dəvət edilib.

Dəvəti geri almaq tələb edən və 1,8 milyon nəfərin imzaladığı petisiya parlament tərəfindən fevralın 20-si müzakirə ediləcək.

Millət vəkillərinin sualına cavabında verdiyi çıxışda, cənab Bercow parlamentin icmalar və lordlar palatalarında çıxış etməyin “avtomatik haqq yox… qazanılmış şərəf” olduğunu deyib.

O, cənab Tramp mübahisəli viza qadağası fərmanından öncə də onun çıxışına qarşı olduğunu, lakin bu fərmandan sonra onun çıxışına “daha çox qarşı” olduğunu bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 3 =