Breksitlə bağlı yaxın günlərdə razılıq əldə ediləcək

0
527

Böyük Britaniyanın Avropa İttifaqından çıxması şərtləri ilə bağlı yaxın günlərdə müvafiq anlaşma imzalanacaq.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi  məlumata görə, bu barədə Fransanın Maliyyə və iqtisadiyyat naziri Bryuno Le Mer Radio Classique-nın efirindəki çıxışında deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı danışıqların uğurla nəticələnməsi hər iki tərəfin maraqlarına cavab verir: “Belə hesab edirəm ki, bu yaxınlarda məsələ ilə bağlı keçirilən danışıqlarda Britaniya öz mövqeyini xeyli yumşaldıb. Böyük Britanıyanın Breksitdən çıxma məsələsində güzəştə getməyə hazır olması tərəflər arasında müvafiq anlaşma imzalanmasına imkan yaradıb”.

Bryuno Le Mer Aİ-nin bu gün keçirilən sammitində Breksit məsələsində tərəflər arasında müvafiq razılq ediləcəyinə ümid etdiyini də bildirib.

 

 

 

BIR CAVAB BURAXIN