“Breksit”ə münasibətdə İngiltərənin maraqları nəzərə alınıb

0
544

İngiltərənin gələn ilin mart ayının 29-da Avropa İttifaqını tərk etməsi barədə əldə edilən razılıq Böyük Britaniyanın siyası elitasında əsəb gərginliyinə səbəb olub.

Arazinfo.com-un İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, bir-birinin ardınca 4 nazirin istefası və üstəlik bu dalğanın davam edəcəyinin gözlənilməsi baş nazir Tereza Meyi məsələyə növbəti dəfə aydınlıq gətirməyə məcbur edib. Tereza Mey mətbuat konfransında bildirib ki, “Breksit” Böyük Britaniyanın maraqlarına uyğundur və ölkə bununla da Aİ-nin  asılılığından qurtararaq milli valyutası, əraziləri və iqtisadiyyatı üzərində nəzarəti geri qaytarır: ” Bütün hallarda biz bununla doğru addım atmışıq və ölkəmizn milli maraqlarını müdafiə etmişik”.

BIR CAVAB BURAXIN