Braziliyada prezident seçkilərinin ikinci turu keçiriləcək

0
558

Braziliyada keçirilən prezident seçkilərində namizədlərin heç biri kifayət qədər səs toplaya bilməyib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Sosial-Liberal Partiyasının ultrasağyönlü namizədi Jair Bolsonaru ilkin mərəhələdə səslərin 46,1 faizini toplayıb. Əmək partiyasının namizədi Fernando Addad isə səslərin cəmisi 29,2 faizini topayıb. Beləliklə namizədlərdən heç biri prezident seçilmək üçün 50 faiz +1 həddini əldə etmədiyi üçün seçkilərin ikinci turunun keçirilməsi qaçılmaz olub.

Xatırladaq ki, prezident seçkilərində 13 namizəd iştirak edirdi.

 

BIR CAVAB BURAXIN