“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib

0
1309

“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib

Proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Digər tərəfdən nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin Qara dənizin dibi ilə yaşıl enerji dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və sabitliyin gücləndirilmsəinə yönəlmiş təşəbbüslərdir.Azərbaycan Avropa Birliyinə böyük həcmdə qaz nəql edir. Gələcəkdə bu nəqlin miqdarı dəfələrlə artırıla bilər. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi fonunda bu sahədə Azərbaycanın rolu daha da önə çəkilir. Bu, tək enerji təhlükəzsizliyində deyil, nəqliyyat-logistika sahəsində də özünü göstərməkdədir.Azərbaycan Avropa Komissiyası üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Bu illər ərzində əldə edilənləri bu səviyyədə qiymətləndirilməsi böyük nailiyyətdir.Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaq.Böyük Qayıdış adlanan dövlət proqramına artıq start verilib. Aparılan müzakirələrin keçirilən görüşlərin ən maraqlı tərəflərindən biri də budur ki, Azərbaycan mühüm karbohidrogen ehtiyatlarına malik, eyni zamanda böyük yaşıl enerji ehtiyatlarını özündə cəmləşdirib.Proqramı tərtib edilib və ilk sınaq layihəsini artıq həyata keçirilib. Müharibənin bitməsindən kecən müddət ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planda əsas məsələrdən biri  yüz minlərlə keçmiş məcburi köçkünün öz yurd-yuvalarına qaytması yer tutur.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Bahar Qurbanova