Böyük Britaniya “Qızıl viza”nın verilməsini dayandırır

0
569

Böyük Britaniya tanınmış sərmayəçilər üçün verdiyi Tier1 tipli “Qızıl viza”nı ləğv etmək barədə qərar qəbul edib.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə “Bloomberg”in yaydığı məlumatda deyilir: “Sabahdan etibarən “Qızıl viza”nın verilməsi prosedurası tam şəkildə dayandırılır”. “Qızıl viza” Böyük Britaniya tərəfindən ölkəyə 2-3 milyon dollar sərmayə qoyana verilirdi.

Hökumət orqanları “Qızıl viza”nın verilməsinin dayandırılmasının səbəbini çirkli pulların yuyulmasının qarşısının alınması ilə əlaqələndiriblər.

“Qızıl viza”nın verilməsinin müəyyən müddətdən sonra bərpa ediləcəyi istisna edilmir.