Böyük əməliyyat: 21 erməni postu alt-üst edildi – Video

0
507


 

Ötən ilin aprelində Qarabağda ordumuzun qazandığı şanlı qələbələrin ildönümünə həsr olunmuş “Döyüş Gündəliyi – Talış” filmi təqdim olunub.

Axar.az xəbər verir ki, Tofiq Şahmuradovun müəllifi olduğu filmdə Talış istiqamətində gedən döyüşlərdə azad olunmuş ərazilərin görüntüləri yer alıb.

Filmdə həmçinin aprel əməliyyatlarının detalları ilə bağlı ətraflı məlumat verilərək, sözügedən ərazidə düşmənin 21 postunun dağıdıldığı, ermənilərin “keçilməz” dediyi səddin – “Ohanyan xətti”nin əsgərlərimiz tərəfindən yarıldığını qeyd olunub.

“Döyüş Gündəliyi – Talış” filmi aprel döyüşlərində ordumuzun necə böyük şücaət göstərdiyini aydın şəkildə gözlər önünə sərir.

Qeyd edək ki, filmin ssenari müəllifi Elçin Əliyev, rejissoru Fuad Tofiqoğludur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × one =