“Borussiya” növbəti tur, “Barselona” möcüzə axtarışında

0
406

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Barselona” PSJ, “Borussiya” isə “Benfika” ilə qarşılaşacaq.

 

“Barselona” PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb və son 2 görüşdəki rəqiblərini 5 top fərqi ilə üstələyib. Luis Enrikenin komandasının bu göstəricini fransızlarla cavab qarşılaşmasında da təkrarlayıb-təkrarlamayacağı maraqla gözlənilir. Təbii ki, PSJ “Selta” və ya “Sportinq Xixon” deyil. Son 3 görüşdə qələbələri sıralayan Paris təmsilçisi Liqa-1-də 28 turdan sonra 62 xal toplayıb və lider “Monako”dan 3 xal geri qalır. Bununla belə, Lionel Messi, Luis Suares və Neymar kimi hücum “üçlüy”ü olan komandanın nəyin bahasına olursa-olsun, qollar vurmağa çalışacağını əminliklə söyləmək olar.

 

Günün digər görüşündə “Borussiya” “Benfika”dan ilk matçdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Dortmundlular Bundesliqada “Volfsburq” (3:0) və “Frayburq”un (3:0) ardınca “Bayer” üzərində də asan qələbə qazanıb – 6:2. Tomas Tuhelin komandası uğurlu seriyanı “Benfika” ilə görüşdə də davam etdirmək niyyətindədi. “Qartallar” isə Portuqaliya çempionatının XXIV turunda “Feyrense”ni çətinliklə məğlub edib (1:0). Portuqaliya Premyer Liqasında 24 turdan sonra 60 xal toplayan “Benfika” hazırda turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi olan “Porto”nu 1 xal qabaqlayır.

 

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

8 mart

 

23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

İlk oyun: 0:4

 

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

İlk oyun: 0:1

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen + 16 =