ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Gürgüstanın ABŞ-ın bölgədəki siyasətində önəmli yer tutduğunu söyləyib.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Bolton Gürgüstanla-ABŞ arasında hərtərəfli əlaqələrin daha da genişləndiriləcəyini xüsusi qeyd edib. Gürgüstan hökumət rəsmiləri ilə görüşünü şərh edən Con Bolton: “Gürgüstan rəsmiləri ilə keçirdiyim görüşlərdə biz iqtisadi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı daha da genişləndirmək barədə müzakirələr apardıq. ABŞ Gürgüstana göstərdəyi yardımı gələcəkdə daha da artırmaq niyyətindədir”,-deyib.