Bölgələrdə heyvanların qiymətləri qalxdı: ət yenə bahalaşdı

0
308
 11

Son dövrlər paytaxt və bölgələrdə istər iribuynuzlu, istərsə də xırdabuynuzlu heyvanların ətinin qiymətində bahalaşma qeydə alınır.

Xezerxeber.com bildirir ki, məsələn, Tovuzun mal bazarında son bir aydır, heyvanların qiymətində kəskin bahalaşma müşahidə olunur. Artım özünü daha çox iribuynuzlu heyvanların satışında göstərir. Alıcılara görə, iribuynuzluların qiyməti də hətta iki dəfəyə qədər artıb

Fermerlər bahalaşmanı heyvanların bəslənməsinə çəkilən xərclə əlaqələndirirlər. Bildirirlər ki, yemin və otun qiymətlərində artım bazara böyük təsir edib.

Eyni hal özünü Göyçayın mal bazarında da göstərir. Burada da demək olar ki, qiymət artımı yem və otun bahalaşması ilə əlaqələndirilir

Xırdabuynuzlu heyvanlarda isə bahalaşma 40-50%-ə qədərdir. Bir ay əvvəl 100 manata satılan qoyunlar indi 140-150 manata təklif olunur.

Bölgələrdəki bahalaşma özünü paytaxtdakı ət bazarlarında da göstərməyə başlayıb. Paytaxt bazarlarında mal ətinin qiyməti artıq 9 manat 50 qəpiyə təklif edilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 − 1 =