BMT Baş Assambleyasında İsrail əleyhinə beş qətnamə qəbul edilib

0
241
BMT Baş Assambleyasında İsrailin Fələstinə qarşı zorakılıqları müzakirə edilib.
Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, müzakirələr zamanı BMT BA-da Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərqdə münaqişənin nizamlanmasına kömək etməyi nəzərdə tutan və İsrailin işğalını,  bölgədə dinc əhaliyə qarşı zorakılıqlarını pisləyən beş qətnamə qəbul edilib. Qəbul edilmiş sənədlərin əleyhinə səsvermə zamanı yalnız ABŞ, İsrail, Kanada və Avstraliya səs verib.