“Bizdə radikal islam təhlükəsi yoxdur, əsas təhlükə xaricdəndir…” – Prezident

0
793

Azərbaycan əhalisi özünün dini, milli, mənəvi köklərinə bağlıdır, eyni zamanda dünyəvi cəmiyyətdir. Ona görə də bizdə radikallar üçün nə iqtisadi, nə sosial baza mövcud deyil. Bu haqda prezident İlham Əliyev Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.
Prezidentin sözlərin görə, Azərbaycan cəmiyyəti milli ideya ətrafında sıx birləşdiyinə görə ölkə üçün radikal islamın yayılması ilə bağlı potensial risk və təhdid yoxdur.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan üçün radikalizmlə mübarizə planında əsas vəzifə öznü xarici fiziki və informasiya təhdidlərindən qorumaqdır. “Azərbaycan vətəndaşları hər gün qaynar nöqtələrdə nə baş verdiyini görür, Avropda, Yaxın Şərqdə, MDB məkanında. Bu da Azərbaycan cəmiyyətini bir daha birləşdirir. Bu, radikalizmdən ən güclü peyvənddir”-İlham Əliyev deyib.

 

BIR CAVAB BURAXIN