“Biz bütün beynəlxalq təşkilatlarda Pakistanla birlikdəyik” – İlham Əliyev

0
584

“Azərbaycan Kəşmirlə bağlı məsələlərdə hər zaman Pakistanı dəstəkləyir”

“Sizi Azərbaycanda salamlamaq istərdim. Çox şadıq ki, cənab Baş nazir ölkəmizdə rəsmi səfərdədir. Biz ilin əvvəlində Davosda görüşmüşük. Çox yaxşı görüş keçirdik və söhbət apardıq, əməkdaşlığımızın strateji mahiyyətini bir daha vurğuladıq. Bu gün Pakistanın Baş nazirinin rəsmi səfəri ölkələrimiz arasında çox yaxın əməkdaşlığı davam etdirdiyimizi göstərir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevPakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Pakistan Azərbaycan üçün ən yaxın dostlardan biridir: “Biz müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Bizim çox yaxın siyasi əlaqələrimiz var. Biz Baş nazirlə siyasi əməkdaşlığımızın səviyyəsinin çox yüksək olduğunu müzakirə etdik.

Biz iqtisadi əməkdaşlığımızı, investisiya sahəsində əməkdaşlığı genişləndirməli, qarşılıqlı ticarət mübadiləsini inkişaf etdirməli, humanitar məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Biz bütün beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmirlə bağlı məsələlərdə hər zaman Pakistanı dəstəkləyir. Pakistan da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə hər zaman bizi dəstəkləyir. Biz bütün beynəlxalq təşkilatlarda birlikdəyik. Baş nazirin bugünkü səfəri görülmüş işlərə yenidən nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır.

Cənab Baş nazir, səfərinizin xoş keçməsini arzulayıram. Dəvətimi qəbul edib bu gün Azərbaycana səfər etdiyinizə görə Sizə minnətdaram”.

BIR CAVAB BURAXIN