“Biz bu azərbaycanlılardan nə istəyirik? Daha yoxdur o millət…” – Rus professordan şok…

0
636

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış “Ölüm hüceyrələri” təhqiqat əsərində XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır…

“Təəssüf ki, bu məktubla bağlı Azərbaycan tarixində heç bir məlumat yoxdur…” 

İmzalanmış məktuba gəlincə; bu məktub Xəzər sahilində qərar tutan Azərbaycan torpaqları ilə bağlı məktub idi (Narahatçılığa əsas olmasın. Hər bir deyilən faktın sonunda mənbə dayanır. Təkzib olunası mümkün olmayan mənbə). Məktubu ingilis din xadimi Qaralanka, yunan Qranikin oğlu Filinin (yunan hökmdarı II Filippinin kötüyündən), italyan Avral Fiq, fransız Hayse Dens, alman Qunqild, rus Petro, Vatikanda yaşayan kardinal Adrian, portuqaliyalı Ordas, ispan Vilhelm, misirli Şabak, isveçrəli Karin… imzalamışdılar (Buməktubda on bir barmaq, on bir möhür yeri vardı. Amma təəssüf ki, bu məktubla bağlı Azərbaycan tarixində, fəlsəfəsində, səhiyyə kitablarında heç bir məlumat yoxdur). Məktub Azərbaycanla, onun yaşayış məntəqələrilə, adamları ilə bağlı məktub olduğundan maraq doğurmaya bilmir. Aydın olur ki, adları çəkilən və imza atan bu din xadimləri vaxtında Azərbaycanda olmuş, bizim keçirdiyimiz dini mərasimlərdə iştirak etmiş, xeyli tədqiqat işləri aparmışlar.

“…O millətin (yəni azərbaycanlıların) qan hüceyrələrini gəzdirən insan məğlubedilməz olur…”

İngilis həkimi R.Suf bu məktubu şərh edərkən göstərir:

«… Dostum Vasili! O torpaqdan mənə məlumat ver… Məktubu imzalayanları narahat edən məsələlər var… Vasili, o millətin (yəni azərbaycanlıların) qan hüceyrələri bu din xadimlərini iflic edib. O qan hüceyrələri əsrin ən ağır və ölümcül xəstəliklərinə davamlı hüceyrələrdir. O qan hüceyrələrini gəzdirən insan məğlubedilməz olur. Vətənini, insanları, torpağını sevən olur… Vasili, o qan hüceyrələrini gəzdirənləri sarsıtmaq olmaz. Onlar hər yerdə, həmişə güclüdür…

Zaman və vaxt gələcək o qan hüceyrələrini gəzdirənlər… dünyaya ağalıq etmək iddiasında olacaq. Din xadimlərini narahat edən, çaşdıran da bu məsələlərdir… bütün bunları din xadimləri qədim kitablardan oxuyub öyrəniblər… Din xadimlərinin hər biri öz ölkələrinin başçılarına «ölməz və yaxud qızıl» məktub yazıblar. Onlar mənsub olduqları dövlətlərin başçılarına… Azərbaycana tələsməyi, orada əlaqələr qurmağı məsləhət bilirlər…»

Araşdırma materiallarına görə, həmin dövlətlərin din xadimləri, hökumət və dövlət başçıları ilk növbədə öz ailələrini, şəxsən özlərini gələn ağır dərdlərdən xilas etmək üçün qan hüceyrələri ilə bağlı  Azərbaycana həkim ekspedisiyaları göndərirlər (Sözügedən məktubu mənim üçün oxuyub fikirlərini deyən Tarix İnstitutunun arxiv idarəsində çalışan professor Yuri Stepanoviçə minnətdaram. Tədqiqatda etdiyim ekskursiyalar sizi çaşdırmasın. Çünki bütün bunlar tariximizin, milli varlığımızın oxunmamış səhifələri olaraq qalır)…

“Dünyada doğulan mələklərin ocağı Azərbaycan torpağıdır…”

Məlumata görə, Vatikan kordinalı Adrian və ingilis din xadimi Qara Lanka (bu şəxslər məşhur olan, lakin bu günümüzədək oxunmayan, araşdırılmayan məktubu imzalayan din xadimlərindəndir) hələ də öz söhbətlərində Azərbaycandan, yaşayış məntəqələrindən, Azərbaycan millətindən əl çəkmirdi. Bu isə möcüzə olaraq qalırdı. İngilis din xadimi kilsədə keçirdiyi müşavirələrin birində (söhbət XIII əsrdən gedir «Gizlənmiş, Günəşə və yaxud Ay işığına bürünmüş mələklər»dən çox danışdı. O, iddia edirdi ki, yer üzündə mələklər doğulur və onları dünyaya gətirən torpaq var. Amma onun cəsarəti yox idi ki, desin dünyada doğulan mələklərin ocağı Azərbaycan torpağıdır. Azərbaycanı nişan verməkdə ingilis din xadimi cürət etmirdi. Amma onun, məsələn IX əsrdən yazılmış (ingilis həmkarı Varlam Panq tərəfindən) «Müqəddəs torpaqlardan üçüncüsü…» əsərindən, yunan filosofu Missidemin «Baş əyilən daş» əsərindən (yəni daş önündə dayanıb, təzim etmək, baş əymək) xəbəri var idi. O, bu kitabları, eləcə də müqəddəslərin – Musa (s.ə) və İsa (s.ə) peyğəmbərin, sonuncu İslam Peyğəmbəri Məhəmmədin (s.ə) çıxışlarını köçürənlərin əl yazılarını oxumuşdu. Analoqu olmayan məsələ bu idi ki, peyğəmbərlərin bu torpaqla bağlı dediyi fikirlər Allah tərəfindən vəhylə deyilən fikirlər idi.  Bu fikirlərə toxunan yazıları arxivlərdən yığa bilmədik. Din xadimlərimiz və tarixçilərimiz, başqa ixtisaslı alimlərimiz qoyulmuş sərt qadağalardan qorxub, çəkindilər.

“Yeganə millətdir ki, onun qadınları arasından pozğun və əxlaqsız çıxmayıb…”

Vatikan kardinalı Müqəddəs Adrian yığıncaqların birində iddia edirdi: Bu millətin (söhbət Azərbaycan gedir) qadınları önündə baş əyin. Yer üzündə bu millət  yeganədir ki, onun qadınları arasından pozğun və əxlaqsız çıxmayıb. Yeganə millətdir ki, onun qadınları arasından şərəfsiz və ləyaqətsiz qadınlar çıxmayıb. Siz də oxuyun, oxuduğum kitabları. Görün bizdən qabaq bu millətin anaları haqqında nələr yazılıb…

Araşdırma materiallarına görə, Adrian həmişə bizdən və torpağımızdan gileyli və narahat olub. (Xainlik, paxıllıq, şər və böhtan istiqamətində aparılan təbliğatlar, genetik yerdəyişmələr… Azərbaycanı çox bölüb, parçalayıb).

Kremldə XII əsrdə 11 din xadiminin Azərbaycan haqqında yazdığı məktubun müzakirələri başlayır…

Qayıdaq XX əsrə… Məlumata görə, ingilis din xadiminin katibliyi ilə yazılmış və on bir din xadiminin imzası qoyulmuş məktub 1952-ci ilin dekabrın 2-dən 1953-cü ilin yanvarın sonunadək Kremldə, İ.Stalin və onun tərəfdarları arasında müzakirə olunmaqda idi. (Doğrudanmı Azərbaycan tərəfinin bu müzakirələrdən xəbəri olmayıb? Bu sual məni həmişə düşündürür). Artıq din xadimləri açıqlama verirdilər ki, dini, təbabət, fəlsəfi kitablarda, xalq yaradıcılığında təsvir olunan və ancaq Allahın xəbəri olan mələklər xəyali və yaxud mifik anlayış deyil. Mələklər doğulur. Mələklər ölür… «… Mələklərin doğulan yeri isə Azərbaycandır». (Vatikan. Kardinal Adrianın Vatikana məktubu). Mənim üçün oxuduğum və rast gəldiyim bu tarixi sənədlər əsl genetik inqilab idi. Həmçinin bu «genetik anlayışdan» çıxış emək mənim üçün, görünür, hələ tezdir. Mən tələsmirəm, siz də bu ciddi və böyük tədqiqatlar üçün yeni meydanlar açan tarixi sənədlərə münasibətdə tələsməyin…

“Bu döllərdən törəyənlərin əsl azərbaycanlı kimi böyümələri, yaşamaları ehtimalı sıfıra bərabərdir…”

Məlumata görə, Azərbaycan ərazilərində “Mutasiya” layihəsi ilə bağlı çəkilən foto-şəkillərin təhlillərinə 1953-cü ilin fevralın 10-da yekun vurulur. Akademik P.A.Vayxır iddia edir ki, şəkillərə əsasən təhlillər lazımi nəticələrini verib. Akademik, həkim-genetik P.A.Vayxır 16 səhifəlik, «Məxfi Arayış»ında yazır:

«Mərhələ-mərhələ aparılan mutasiya layihələri öz bəhrəsini verib. Ciddi məsələlər üçün darıxmaq və tələsmək olmaz. Baxılan və təhlil olunan şəkillərin 23 faizi regionda yaranacaq yeni döllərdən xəbər verir. Onların əsl azərbaycanlı kimi böyümələri, yaşamaları ehtimalı sıfıra bərabərdir. Şəkillərdə təsvir olunan insanların sifət quruluşları (gözləri, qaşları, burun və dodaqları, çənə sümükləri, qulaqları) kifayət qədər (bizim üçün maraqlı olan dərəcə və ölçülərə qədər) dəyişib. Kəllə, baş quruluşları, əlləri, çiyinləri arasında ümumən bütün bədən simmetriyaları pozulub. Təsvirlərə görə, rəyə gəlmişik ki, bu və gələcək nəsillər arasında immunitet zəifliyi çox aşağı olacaq. Yeni nəsillərdə ən adi xəstəliyə belə dözüm azalacaq…»

Məlumata görə, akademik, kəşfiyyat polkovniki Paul Adler-Vayxır (əsl adı Nikolay Aleksandroviç Aleksandrov) 11 il Azərbaycanın yaşayış məntəqələrində “Mutasiya” layihələrinin icraçılarından biri olub. Tədricən bununla bağlı bəzi açıqlamalarımız olacaq.

Azərbaycanda “Mutasiya” layihəsini aparan kəşfiyyatçı professor Göyçayda intihar edir…

Araşdırma materiallarına görə, o vaxt Azərbaycan dövlət başçılarının təzyiqləri nəticə vermədi. Kreml özünün «Məşvərət Bürosu»nu yaratmaqda israrlı oldu. Kəşfiyyat generalı E.M.Şuvalova verilən səlahiyyətlərin çərçivəsi yox idi. Heç kəs onun işinə və verdiyi əmrlərə qarışa bilməzdi. Mərkəzi Komitədə onun öz otağı var idi… Faktiki «Məşvərət Bürosu»nun əsl işi isə regionda başlanan «Gen əməliyyatı»na rəhbərlik idi. Professor N.Q.Xamutov İttifaqın Səhiyyə Nazirliyinin 4 saylı məxfi qrupunun başçısı Y.V.Vorobeyə göndərdiyi məktubda yazır:

«… Yuri Vasilyeviç, xahiş edirəm mənim tərxis olunmağıma, təqaüdə çıxmağıma yardımçı olasan. Mən yorulmuşam, dostum… Daha bacarmıram…»

1953-cü ilin yanvar ayının 26-da professor N.Q.Xamutov heç kəslə məsləhətləşmədən intihar edir – Göyçayın Badamağacı kəndində özünü güllələyir… Araşdırma materiallarına görə N.Q.Xamutov ölümündən qabaq həkim A.Q.Şaleşinə məktub qoyur. Həmin məktub isə A.T.Şamişinin şəxsi arxivində bu gün də saxlanılır. Professor, uzun müddət İranda, azərbaycanlılar yaşayan şəhərlərdə – Təbrizdə, Urmiyədə, Ərdəbildə Sovet rezidenturasında işləmiş N.Q.Xamutov məktubunda yazırdı:

«… Mən yoruldum… Biz bu millətdən – azərbaycanlılardan artıq nə istəyirik? Axı biz istədiyimizi almışıq. Daha yoxdur o millət, dostum.  Var idi, indi yoxdur. Onun yaratdığı tarix də, ədəbiyyat da, musiqi də, kino da … özününkü deyil daha. Daha yoxdur tarixdə dahilər doğan, ixtiralar edən, düşünən o millət, yox. Arxayın olun…»

Biz həmin professorun məktubunu yarımçıq saxlayıb, təhlil etmirik. Çünki ondan da ağır və insanı düşündürən məktublar, araşdırmaların nəticələri var. O da maraqlıdır ki, həkim A.Q.Şaminin bu məktubu öz arxivində saxlayaraq, kəşfiyyat idarəsinə təqdim etmir.

Araşdırma materiallarına görə, 1953-cü ilin fevralın 3-dən Azərbaycan ərazisində ziyalılara, düşünən beyinlərə qarşı «Gen əməliyyatı» (camaat ona «Şuvalov əməliyyatı» deyirdilər…

(Davamı var)

Təqdim etdi: Sultan Laçın