“Ermənistanın güclü hərbi mexanizmi olmalıdır”. Bunu “Lratvakan” radio stansiyasının efirində general-leytenant Norat Ter-Qriqoryants deyib.
“Deyərdim ki, bütün Ermənistan boyunca hərbi nöqteyi-nəzərdən vacib sistem yaratmaq lazımdır, qisas silahı və xəbərdarlıq silahları olmalıdır.
İzah edim: məsələn, götürək Rusiya Federasiyasının Müdafiə doktrinasını. Orada hər şey təxminən bu cür yazılıb – kimsə hücum edərsə və hər hansı səbəbdən Silahlı Qüvvələr rəqibin hücumunun qarşısını ala bilməzsə, Rusiya nüvə silahından istifadə hüququnu özündə saxlayır.
Bizə nüvə silahı lazımdır. Lakin bizdə bu yoxdur. Nəyə görəsə, Pakistana, İsrailə bu silaha yiyələnməyə imkan yaradıblar, həmin silahdan Türkiyədə də var. Nəyə görə MAQATE və BMT, kobud dillə desək, belə bir göstəriş verməsin ki, Ermənistanda da nüvə silahının əldə olunmasına şərait yaradılsın və heç bir əclaf bundan sonra Ermənistana hücum etməsin.
Keçmiş sovet məkanında və bütünlükdə dünyada alimlərimiz hər zaman silahların, texnikanın, peyklərin, nüvə silahının yaradılmasında iştirak ediblər. Başqa sözlə, Ermənistanın müvafiq hərbi elmi mütəxəssisləri var”, – Ter-Qriqoryants deyib.
Arayış:
Norat Ter-Qriqoryants 1936-cı ildə Şimali Osetiyanın Orconikidze (indiki Vladiqafqaz) şəhərində anadan olub.
1981-ci ildə SSRİ müdafiə nazirinin əmri ilə Qərargah rəisi – Əfqanıstanda SSRİ SQ 40-cı ordusu komandanının birinci müavini təyin edilib.
1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini vəzifəsində işləyib. 1995-ci ildə Ermənistanı tərk edib.Virtualaz.org