Qırğızıstanda anomal soyuqlar davam edir. Arazinfo.com-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ötən gecə havanın həddindən artıq soyuması ilə əlaqədar Təcili tibb mərkəzinin əməkdaşları tərəfindən Qırğızıstan paytaxtındakı xəstəxanalara 12 nəfər gətirilib. 2 nəfər isə donaraq öldüyündən onların həyatını xilas etmək mümkün olmayıb.
Sinoptiklərin məlumatına görə, yanvarın 29-nə keçən gecə Bişkekdə temperatur mənfi 26 dərəcəyə yüksəlib. Respublikanın dağlıq rayonlarında isə hazırda 40-45 dərəcə şaxta hökm sürür. Buna paralel olaraq yanvarın 26-da Bişkeki istiliklə təmin edən İstilik-Elektrik stansiyasında baş verən qəza nəticəsində 30 mindən artıq evə istilik verilmir.