Bişkek Avrasiya İttifaqını tərk edəcəkmi?

0
1556

Son illərdə Avrasiya İqtisadi İttifaqında qurumdaxili problemlərə daha birisi əlavə olunub. Belə ki, Astana ilə Bişkek arasında sərhəd-nəzarət məntəqələrində buraxılış ilə bağlı əmələ gələn  problem Qırğızıstanı sərt addımlar atmağa məcbur etməkdədir. İki ölkə sərhədində əmələ gələn gərginlikdən narahat olan Bişkek rəsmi şəkildə bəyan edib ki, əgər Qazaxıstanla sərhəd-buraxılış məntəqələrində əmələ gələn problem həllini tapmasa, onda Qırğızıstan Avrasiya iqtisadi İttifaqını tərk etmək məcburiyyətində qalacaq. Əgər bu şantaj deyilsə, onda  Bişkekin bloka hansı formada zərər verə biləcəyini təxmin etmək olar. Onu da deyək ki, Qırğız-Qazax sərhədində ağır yük maşınlarının keçməsi ilə bağlı münaqişə qış aylarında başlamışdı. Yayın gəlişi ilə iki ölkə sərhədində  yük maşınlarının buraxılması ilə bağlı gərginlik özünün ən yüksək  həddə çatdı. Qazaxıstan tərəfinin sərhəddən yüklərin keçməsini ləncitməsi nəticəsində Rusiya və Avrasiya İqtisadi İttifaqının digər dövlətlərinin bazarları üçün nəzərdə tutulan maşınlardakı yüzlərlə ton meyvə, tərəvəz, digər məhsullar xarab olmaqdadır.Bu da Qırğız iş adamlarının on milyonlarla dollar zərər görməsinə yol açıb. Bişkek öz növbəsində Qazax gömrükçülərini yüklərin daşınması üçün lazım olan prosedurları qəsdən ləngitməkdə ittiham edib. Vəziyyəti gərginləşdirən digər bir amil isə iki ölkə sərhədindəki  yeddi nəzarət-buraxılış məntəqəsindən  beşinin Qazaxıstan tərəfindən bağlanmasıdır. Tərəflər arasında vəziyyətlə bağlı razılıq əldə edilməməsi Qırğızıstanda əsəblərin daha da coşmasına yol açıb.

Vəziyyətdən çıxış yoli kimi Bişkek növbəti dəfə yardım üçün Avrasiya İqtisadi Komissiyasının (AEK) Kollegiyasına müraciət edib. Müraciətdə qeyd edilib ki, iki ölkə arasında hər dəfə əmələ gələn sərhəd problemində qurum Astananı müdafiə edir. Bişkek qurum rəhbərliyinə xəbərdarlıq edib ki,  adekvat tədbirlər görülməyəcəyi təqdirdə, Qırğızıstan “son təsir mexanizminə” əl ataraq   nazirlərini geri çağıracaq. Nəticədə  qurum daxilində yetərsay olmayacaq və hər hansı bir qərar qəbul edilməyəcəkdir. Bundan başqa,  İqtisadiyyat Nazirliyi bildirib ki, Respublika ümumiyyətlə Aİİ-dən çıxa bilər.

“Son Qırğız xəbərdarlığının” nə qədər ciddi olduğunu təhlil etməzdən əvvəl Nur-Sultanın Bişkekə olan iddialarını ortaya qoyaq. Maliyyə Nazirliyi  qonşu ölkəni statistik məlumatları saxtalaşdırmaqla günahlandırır. Qazaxıstanın iddiasına gör Qırğız ixracının göstəriciləri Qazax idxalından 10 dəfə aşağıdır. RK-da Qırğızıstandan gələn yüklərin bir hissəsinin təkrar ixracat növlərinə aid olduğu və Qazax bazarında satıldığı təqdirdə, biznes onlara görə əlavə dəyər vergisinin alınmadığı  vurğulanır. Bu isə Qazaxıstan tərəfi üçün milyonlarla  dollar itki deməkdir. Müvafiq olaraq, bu, respublika büdcəsinə daxilolmalarda öz əksini tapır. Bir sözlə, Qazaxlar bildirirlər ki,Qırğızıstandan Qazaxıstana  “Boz idxal” var və bunun nəticəsində onların büdcəsi bir neçə milyon dollar zərər çəkir. Yeri gəlmişkən,deyək ki,  bu günlərdə Qazaxıstan sərhədçiləri Qırğızıstandan toyuq budaqlarının yükü altında gizlədilmiş 400 min ədəd siqaret qaçaqmalçılığının qarşısını alıblar. Necə deyərlər qazaxlar vəqırğızlar dost və qardaş olsalar  da cibləri ayrıdır və bu məsələdə hər kəs öz maraqlarını güdür.  Bu arada isə Avrasiya İqtisadi Komissiyası

 Qırğızıstanın iddialarına baxıb Komissiya bu qərara gəlib ki,   Qazaxıstanın sərhəddə həyata keçirdiyi  tədbirlər Aİİ-nin daxili bazarına mənfi təsir göstərir. Bundan başqa, Komissiya Nur-Sultanı Qırğızıstandan gətirilən mallara artıq nəzarət praktikasını ləğv etməyə, sərhəddə nəqliyyat vasitələrinin keçməsi prosedurlarını sadələşdirməyə, tez xarab olan məhsullar üçün “yaşıl dəhlizlər” yaratmağa çağırıb. İclasda  Aİİ ölkələrinin nümayəndələrindən ibarət Yüksək Səviyyəli İşçi Qrupunun formalaşdırılmasına qərar verilib. İşçi qrupunun yaradılmasından məqsəd dövlətlərinin sərhədlərindən keçən malların hərəkətinə maneələrin qarşısını almaq üçün tədbirlər işləyib hazırlamalıdır. Amma nə qədər ki, məmurlar sərhəd-buraxılış məntəqələrində kağızbazlıqla məşğuldurlar, o qədər də vəziyyət yaxşılığa  doğru dəyişməyəcək..

Qırğızıstan tərəfinin vəziiyyətlə bağlı sərt bəyanatına gəlincə belə hesab edilir ki,  bu respublikanın İqtisadiyyat Nazirliyi faktiki olaraq onun səlahiyyətinə daxil olmayan siyasi bəyanat verib. Təbii ki, Qırğızıstanın öz nümayəndələrini  geri çağırması perspektivi Aİİ rəhbərliyini

sevindirməyib və bu, həmin orqanın işini ləkələyəcək. Bir tərəfdən də Bişkekin təhdidlərində şantaj hissi edilir.  Bişkek bu yolla Rusiyanı məsələyə müdaxilə etməyə, sərhəddə yaranan gərgin vəziyyətdən əziyyət çəkən Qırğızıstana dəstək verməyə səsləyir.

Bununla yanaşı, Moskva Yaxın ticarət-iqtisadi tərəfdaş kimi Qazaxıstanla münasibətləri korlamaq niyyətində də deyil. Bu baxımdan Rusiya hər iki tərəfə münasibətlə  bağlı kifayət qədər mürəkkəb vəziyyətə düşüb: Axı hər iki ölkədə Avrasiya inteqrasiyasına qarşı çıxanlar var. Bunlar, əsasən, kölgə iqtisadiyyatı ilə məşğul olan və digər məsələlərlə yanaşı, Avrasiya ittifaqına  milliyyətçi rəng verməyə çalışan qruplardır. Bu, eyni dərəcədə Qırğızıstana da, Qazaxıstana da aiddir. Yeri gəlmişkən, Çin gömrük statistikasının məlumatına görə, keçən il ÇXR-dən Qazaxıstana, təxminən, 13 milyard dollar mal ixrac edilib, halbuki sonuncu bu məbləğin yarısını qeydə alıb. Yəni, bölgədə kriminal kölgə sektoru uğurla inkişaf edir. Bu isə  Qazaxıstanın dövlət büdcəsinin xeyli  itirməsinə gətirib çıxarıb.  Əlbəttə faktiki baxımdan Qırğızıstanın bu blokdan çıxması tərəflərin heç biri üçün məqbul hesab edilə bilməz. Belə ki, Avrasiya İttifaqının mövcud olduğu 5 il ərzində quruma üzv ölkələr arasında ümumdaxili məhsulun həcmi 12 faiz artıb.

Qırğızıstan Aİİ-dən belə çıxacaqmı? Buna inanmaq çətindir. Çünki  bu, Qırğızıstana  sərfəli deyil. Amma  yaranmış vəziyyətdə  Bişkek qurumun fəaliyyətinin bəzi sahələrini  blokadaya ala bilər. Digər tərəfdən də bununla Qırğızıstan   Rusiyanın nüfuzuna zərbə endirməyə cəsarət edib- etməyəcəyi başqa məsələdir. Hələlik isə Bişkek belə bir vəziyyətdən istifadə edərək Rusiyanı öz tərəfinə çəkməyə çalışır. Lakin fakt faktlığında qalır: nə Qırğızıstan, nə də Qazaxıstan Aİİ-nin vahid qaydalarına əməl etməyə hazır deyillər. Bununla yanaşı, birgə sərhəddə total nəzarət olmadan vəziyyət dəyişməyəcək.

Nə qədər  paradoksal olsa da  Aİİ-nin daxili sərhədlərində vəziyyət xarici sərhədlərdən daha pisdir və bu, blok dövlətlərinin qarşılıqlı fəaliyyətində zəngirvari şəkildə  öz əksini tapır. Bu pandemiya şəraitində, indi xüsusilə təhlükəlidir. Çünki ittifaq, əslində, vahid orqanizm olmalıdır ki, o, ideal olaraq, xüsusilə çətin zamanlarda Avrasiya İnkişaf Bankının maliyyə bazasına və eyni adlı sabitləşdirmə Fonduna söykənə bilsin. O cümlədən, ölkələrin hər birində tibbi sahənin və aqrar sektorun inkişafı üçün də. Bu, yalnız Qazaxıstan və Qırğızıstan üçün deyil, hər hansı digər Aİİ ölkəsi üçün də vacibdir

Bir sözlə, Aİİ dövlətlərinin eqoizmi və eqosentrizmi, onların qaçaqmalçılığa və “teneviklərin” maraqlarına müqavimət göstərmək qabiliyyəti və ya siyasi iradəsinin olmaması blok dövlətlərinin iqtisadiyyatı üçün ciddi təhlükədir. Xüsusilə pandemiyanın tuğyan etdiyi bir vaxtda  hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnazlaşdırmaq olduqca çətindir. İqtisadi qeyri-sabitlik isə, bir qayda olaraq, siyasi qeyri-sabitliyi öz arxasınca çəkir.

Emin Axund

Arazinfo.com