Bişkəkdə terakt: maşın Çin səfirliyinə çırpılaraq partladıldı

0
309

Çinin Qırğızıstanın paytaxtı Bişkəkdə yerləşən səfirliyi yanında güclü partlayış baş verməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Bu barədə TASS xəbər yayıb.

*   *   *08:39

Yerli mətbuatın bildirdiyinə görə, naməlum maşın Çin səfirliyinin qapılarına çırpılıb və bundan sonra güclü partlayış baş verib.

Polis, xilasedicilər və təcili yardım hadisə yerinə cəlb olunub.

Ölən və yaralananlar barədə məlumat verilmir.

*   *   *08:28

Bu gün səhər Qırğızıstanın paytaxtı Bişkək şəhərinin cənub hissəsində güclü partlayış baş verib.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Bişkək polisinin məlumatına görə, hadisə Çin səfirliyinin yaxınlığında qeydə alınıb.

Bişkək polisinin mətbuat xidmətinin rəhbəri Oljobay Kazabayev bildirib ki, hələlik partlayışın səbəbi və gücü, ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × 2 =