Birinci nüvə müharibəsi bu ölkədə başlayacaq

0
602

11

Birinci nüvə müharibəsi Hindistanla Pakistan arasında başlaya bilər.

 

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında BMT-nin Su Resursları, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Vladimir Smaxtin söyləyib.

 

Onun sözlərinə görə, tərəflər arasında savaş Hind çayı və Hindistan yarımadasında yaranan içməli su problemi ilə əlaqədar başlaya bilər:

 

“Hind çayı hövzəsi saatlı bombadır. O, istənilən an partlaya, su resurslarının defisitini artıra və iqlimdə düzəlməsi mümkün olmayan dəyişikliklər yarada bilər. İçməli su ilə bağlı başqa konfliktlər də var və biz onları analiz edirik. Hindistan yarımadasında su resursları ətrafında konflikt bir ay öncə gərginləşib. Buna səbəb rəsmi Dehlinin Hindistan və Pakistan arasında 1960-cı ildən bu yana fəaliyyət göstərən Hind çayı ilə bağlı ikitərəfli komissiyadan çıxdığını söyləməsi olub”.

 

Qeyd edək ki, Dehli və İslamabad arasındakı razılaşmaya əsasən, Hindistan Hind çayının 3 şərq qolundan, Pakistan isə iki qərb qolu və Hind çayının özündən istifadə etmək haqqına sahibdir. Hindistanın bir müddət öncə iki ölkə arasında olan razılaşmadan imtina edəcəyini deməsi Pakistanın sərt etirazına səbəb olub. Rəsmi İslamabad Hindistanın müqavilədən çıxmasını müharibə elanı kimi qəbul edəcəyini açıqlayıb. Pakistan rəsmiləri Hindistanın gələcəkdə öz ərazisində olan qolları qapadaraq ölkəni susuz qoyacağından ehtiyat edirlər.

 

BIR CAVAB BURAXIN