Binəqədidə evə daxil ola bilməyən naməlum şəxslər 1500 manatlıq iti oğurlayıblar

0
367

Bakının Binəqədi rayonunda fərdi yaşayış evindən çoban iti oğurlanıb.

Hadisə Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Burada Telman Məhərrəmova məxsus fərdi yaşayış evinə oğurluq məqsədi ilə daxil olmaq istəyən şəxslərə həyətyanı sahədə olan it mane olub. Nəticədə naməlum şəxslər dəyəri 1500 manat olan çoban itini oğurlayıb. Ev sahibi T.Məhərrəmov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) müraciət edib.

Qeyd edək ki, sözügedən küçədə 3 ay öncə başqa bir ünvanda alabay növünə məxsus it oğurlanıb.

Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları araşdırma aparır. (“Report”)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + 17 =