Binəli Yıldırım Ermənistanı hədələdi: “Qarabağa terrorçu yerləşirsə, cavabı olacaq”

0
486
Türkiyənin baş naziri Bakıda keçirilən VI Qlobal Forumda iştirak edib.

Binəli Yıldırım Ermənistanın işğal etdiyi Azərbaycan bölgələrinə PKK terrorçularının yerləşdirildiyi iddiasına cavab verib:

“Əgər Azərbaycana və ya Türkiyəyə terror təhlükəsi varsa, cavabı olacaq”.

Baş nazir Ermənistana PKK iddiaları ilə bağlı təhdid ünvanlayıb:

“Türkiyə və Azərbaycan terrora qarşı birlikdə mübarizə aparır. Qarabağa terrorçuların yerləşdirilməsi nəticəyə təsir edə bilməz. Əgər dost və qardaş Azərbaycana ya da Türkiyəyə qarşı terror təhlükəsi olsa, cavabı olacaq”.

“Qarabağ məsələsində Azərbaycan haqlıdır. Azərbaycanda bir soyqırım həyata keçirilib. Ermənistan bunun cavabını almalıdır. Burada terrorçuların yerləşdirilməsinə icazə vermək olmaz”, – deyə Yıldırım əlavə edib.Olke.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × one =