Bıçaqlanan azərbaycanlı məşhurlar

0
722

Bıçaqlanma hadisələri ilə bağlı hər gün həm rəsmi, həm də qeyri-rəsmi müxtəlif məlumatlar yayılır. Qəribədir ki, bıçaqlama cinayəti törədən şəxslərin əksəriyyəti özünü haqlı çıxarmaq üçün müxtəlif səbəblər göstərirlər. Bıçaqlanan şəxslər də sağ qaldıqları zaman qarşı tərəfi ittiham edirlər. Bəzi hallarda isə “Allah şeytana lənət eləsin” deyib hadisənin boş bir şeyin üstündə törədildiyini etiraf edənlər də olur. Araşdıranda məlum olur ki, bıçaqlananlar arasında Azərbaycan və dünya çempionu olan idmançılar da az deyil.

Arazinfo.com Yeniavaz.com-a  istinadən bıçaqlanan azərbaycanlı məşhurların siyahısını təqdim edir.

Bir neçə il öncə xalq artisti Faiq Ağayev bıçaqlanmışdı. Müğənni ilə yanaşı, hər iki cangüdəninə də qarın nahiyələrindən bıçaq xəsarəti yetirilmişdi. Həmin vaxt Daxili İşlər Nazirliyi xalq artisti Faiq Ağayevin bıçaqlanması ilə bağlı açıqlama yaymışdı. Bildirilirdi ki, Nəsimi rayonu ərazisində xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanındakı iki nəfərə xəsarətlər yetirilmişdi.

“Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadə də bir müddət əvvəl bıçaqlanmışdı. Belə ki, aparıcı Bakının Yasamal rayonunda Yaşar Abdullayev ünvanında yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanmışdı. Elvin Şirinov ona 3 bıçaq zərbəsi vurmuşdu. Qonşuların verdiyi məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub. Hadisədən sonra yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan zərərçəkənin həyatını həkimlər xilas edə biliblər. Hazırda aparıcı sağalıb və öz işinin başındadır.

Bakının Nərimanov rayonunda isə tanınmış idmançı Musa Rüstəmov bıçaqlanıb. 1992-ci il təvəllüdlü Rüstəmov Musa Bəhlul oğlu günorta saatlarında tanışı ilə mübahisə zamanı bıçaqlanmışdı. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsində araşdırma aparılırdı.

M. Rüstəmov “Gömrükçü” İdman Cəmiyyətinin üzvüdür. O, Cəmiyyətin güləş yığmasında (66 kq) çıxış edir.

Daha bir tanınmış idmançı isə Ağcabədidə bıçaqlanmışdı. Söhbət KEMPO idman növü üzrə 8 qat Azərbaycan çempionu və bir sıra beynəlxalq yarışların qalibi Ceyhun Niyazovdan gedir.

Hadisə Ceyhun Niyazova məxsus “CFC” çay evində baş verib. Gecə saatlarında çay evinin qarşısından keçən zaman kənar şəxsin içəridə olduğunu görən idmançı mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb.

Yerli sakinlərin verdiyi məlumata görə, idmançını bıçaqlayan şəxs Cəlil Əsədovdu. Ceyhun Niyazov KEMPO idman klubunun Ağcabədi filialının rəhbəri və baş məşqçisidir.

Adı bıçaqlananlar siyahısına düşən növbəti idmançı Rüstəmov Aslan Nurəddin oğludur. Hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınmışdı. Qeyd edək ki, Aslan Rüstəmov Pankration döyüş növü üzrə iki dəfə Avropa çempionu, üç dəfə dünya çempionu olub. Hazırda o, pankration döyüş növü üzrə məşqçi kimi işləyir.

Mətbuatda yayılan məlumata görə, bir müddət öncə məşhur meyxanaçı Rəşad Dağlı, Rüfət Nasosnukimi tanınan həmkarını bıçaqlamışdı. Xəbərlərdə bildirilirdi ki, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar verirlər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlaması ilə nəticələnib. Ev şəraitində müalicə alan meyxanaçı Rəşad Dağlıdan şikayətçi olmadığını bildirib.

Bıçaqlanması ilə bağlı məlumat yayılan digər bir məşhur teleaparıcısı İlham Mirzəyevdir. Məlumatda bildirilirdi ki, bıçaqlanma hadisəsi qonşu Türkiyədə baş verib.

BIR CAVAB BURAXIN