Beynində unudulan güllə ilə 40 il yaşadı

0
528
40 il əvvəl hərbi vəzifəsini yerinə yetirərkən qaçaqmalçılarla vuruşduğu zaman üzündən vurulan adamın beynində güllə unudulduğu ortaya çıxıb.
Türkiyədə yaşayan 61 yaşlı adam 1978-ci ildə hərbi xidmət zamanı Suriya sərhədində aldığı güllə yarası zamanı ağır yaralanıb.
Qaziantep və Trabzonda təxminən 2 ay müalicə olunan adamın üzündən 4 qurğuşun parçası çıxarılıb. O gündən sonra tez-tez başı ağrıyan adam illərlə ağrı kəsici dərmanlardan istifadə edib.
Uzun illərdən sonra ağrılarının azalmadığını görən adam xəstəxanaya müraciət edib. Çəkilən rentgen və tomoqrafiyanın nəticələrini görən həkimlər böyük şok yaşayıblar. Xəstəyə beyninin sol alt tərəfində güllə olduğunu bildirilib.
Qeyd edək ki, həkimlər güllənin beyinə zərər vermədiyini, ancaq dəri altında qaldığını deyiblər.

BIR CAVAB BURAXIN