“Bermud üçbucağı” əfsanəsi yalan imiş?-Alimlərdən iddia

0
662

 Dünya Okeanının ən təhlükəli nöqtəsi sayılan “Bermud üçbucağı” çox obyektlərin, insanların məhvinə səbəb olub. Alimlərin bu müəmma barədə fikirləri birmənalı deyil. Bəziləri onun sadə elmi izahını verir, okeanla atmosferin qarşılıqlı əlaqəsi nəticəsində hava kütlələrinin güclü hərəkəti ilə əlaqələndirir. Bəziləri bunu fizika və geofizika elminin aydınlaşdıra bilməyəcəyi bir müəmma, bəziləri isə yalnız və yalnız böyük dövlətlərin ortaya atdıqları uydurma adlandırır.
“Bermud üçbucağı”nın bu qədər çox məşhurlaşması və haqqında az qala, əfsanələr söylənməsinə səbəb olan mənbə professor Çarlz Berlitzin 1974-cü ildə yazdığı “Bermud üçbucağı” kitabıdır. Obyektə “Şeytan üçbucağı” adı da məhz ondan sonra verilməyə başlandı. “Bermud üçbucağı” haqqında yazılan və deyilən əfsanələrin 90 faizi həmin kitaba istinadən verilir. Berlitz kitabın yazılmasından əvvəl bu sirli obyektdə qəzaya uğrayan, yoxa çıxan gəmi və təyyarələr, eləcə də insanlar haqqında məlumat toplayaraq, kitaba əlavə edib.
, Kuşçe soyadlı başqa professor apardığı araşdırmalarında  Berlitzin yazdığı kitabı, ümumiyyətlə,  “Bermud üçbucağı” dəhşətini yanlış əfsanə adlandırıb. O, bu barədə yazdığı kitabda Berlitzin “Şeytan üçbucağı”nda qəzaya uğradığını bildirən gəmi və təyyarələrin bir neçəsini tədqiq edib. Məlum olub ki 1970-ci illərdə kapitanın sərxoşluğu nəticəsində Sakit okeanın tamam ayrı bir hissəsində  qəzaya uğrayan və yoxa çıxan gəmini Berlitz “Bermud üçbucağı”nın “boynuna atır”. Həmçinin, məşhur bir qasırğa hadisəsindən sonra okeana yuvarlanan təyyarəni də “Bermud üçbucağı”nda qəzaya düşdüyünü göstərib. Kuşçe bu kimi onlarla qəzanı araşdıraraq, onların “Bermud üçbucağı”na heç bir aiddiyatı olmadığını üzə çıxarıb.
Həmçinin, o, indiyə qədər gəmilərin ən çox qəzaya uğradığı 10 okean bölgəsini müəyyənləşdirib. Maraqlıdır ki, “Bermud üçbucağı” bu siyahıya düşməyib və siyahıdakı bölgələrdə baş verən qəzalarla Bermud zonası müqayisəyə gələ bilməz. Moderator.az
 

BIR CAVAB BURAXIN