Prezident Aleksandr Lukaşenko Belorus ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsinə ehtiyac olmadığını bildirib.
Arazinfo-nun verdiyi xəbərə görə, bu barədə BelTA dövlət agentliyinin yaydığı məlumatda deyilir. Lukaşenko bir qrup amerikalı siyası müşahidəşilərlə görüşündə deyib ki, Şərqlə Qərb arasında istənilən hərbi münaqişənin olduqca təhlükəli nəticələri ola bilər. Belorusun hər hansı bir münaqişənin əleyhinə olduğunu qeyd edən Lukaşenko ortaya çıxan problemlərin dinc yollarla həllinin məqsədəuyğun olduğunu vurğulayıb. O qeyd edib ki, Belorusun hərbi doktrinası yalnız müdafiə xarakterlidir.
Xatırladaq ki, bir müddət öncə Lukaşenko mətbuata açıqlamasında bəyan etmişdi ki, Polşada ABŞ hərbi bazasının yaradılmasına Moskva və Minsk birgə cavab verəcəklər.