“Belə ucalasan, ucalanda da…” İlham Rəhimovun ad gününə sözardı

0
795

 

Həyatda elə insanlar  var kı, onlar əməlləri ilə mənsub olduqları millətin adını zirvələrə ucaldır, obrazlı şəkildə desək,  beynəlxalq aləmdə şərəf və şan gətirirlər. Bu baxımdan Azərbaycan tarix boyu onu yeni zırvələrin fəthinə aparan elm, mədəniyyət xadimləri ilə zəngin olub və onların hər biri bəşəri, mədəni inkişafa özlərinin əvəzsiz töhfələrini veriblər.

Belə insanlardan biri də bu gün 66 yaşı tamam olan Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovdur. İlham Rəhimov o insanlardandır ki, həyatını mənsub olduğu xalqın səadəti, gələcək inkişafına həsr edib və bu yolda iradə, əzmkarlıq nümayiş etdirərək nəinki Azərbaycan, həm də postsovet məkanı ölkələrində məşhur hüquqşünas, elm xadimi kimi tanınaraq böyük xidmətlər göstərib. Bu baxımdan İlham Rəhimovun Azərbaycan xalqı qarşısında xidmətlərinin, onun keçdiyi şərəfli həyat yolunun zənnimizcə ciddi şəkildə araşdırılmasına və gələcək nəsillərə çatdırılmasına ciddi ehtiyac duyulur. Çünki İlham Rəhimovun həyat yolunun öyrənilməsi və təbliği yetişməkdə olan gənc nəsilin vətənəprəvərlik ruhunda tərbiyə edilməsində  və gələcək nəsillərə örnək göstərilməsində olduqca vacibdir. Adını unutduğum məşhur tarixi simalardan biri deyir ki, millət fərdlərdən başlayır və onu millətlər üçündə millət edən də fərdlərin mənsub olduğu xalqın adını tarixə qızılı hərflərlə yazdırmasından asılıdır. İlham Rəhimovun bir azərbaycanlı kimi böyüklüyü də məhz mənsub olduğu millətinin adını daim uca tutması, şərəfli əməyi ilə millətini millətlər içində layiqli yer tutması naminə böyük səy göstərməsi dayanır.

llham Rəhimovun bu illər ərzində keçdiyi həyat yolu özünəməxsus  olub. Onun anadan olduğu Tovuz rayonu əsrlərboyu Azərbaycanın ictimai, siyasi, elmi, mədəni həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətlər bəxş edib. Onların hamsının adını çəkmək istəməzdim. Ancaq onu demək istəyirəm ki, Tovuz  rayonu Azərbaycanın məşhur aşıqlarının, şairlərinin, hüquqşünaslarının, elm, mədəniyyət xadimlərinin vətənidir və onların hər biri elmi, mədəni, siyasi, iqtisadi inkişafımıza öz töhfələrini veriblər və verməkdə davam edirlər. Bəli bu gün Tovuz  rayonu görkəmli şəxsiyyətləri yanaşı, hüquq sahəsinə aid yazdığı bir sıra elmi əsərlərilə dünyada tanınan professor İlham Rəhimovun anadan olduğu müqəddəs məkanlardan biridir.

İlham Rəhimovun həyat fəaliyyəti çoxşaxəlidir və təbii ki, onu bir məqalədə tam şəkildə əhatə etmək mümkün deyil. Onun doğma Tovuzdan başlayan həyat yolu uzaq Leninqrada -indiki Sankt-Peterburqa qədər uzanıb, sonra isə bu yol cənab Rəhimovu dünyanın çoxlu ölkələlərinə aparıb çıxarıb. Uzaq bir dağ kəndində- Cilovdarlıda anadan olan İlham Rəhimovun Bərdədə orta məktəbi rus dilində bitirərək qədim elm, mədəniyyət mərkəzi sayılan Leninqrad Dövlət Universitetininm hüquq fakultəsinə daxil olması nə qədər zəngin biliyə, elmi dünya görüşünə malik olmasının parlaq nümunəsi hesab edilə bilər. Universitet illərində qrup nümayəndəsi olmaqla ictimai- siyasi fəallığı ilə seçilərək müəllimlərinin, SSRİ və dünya miqyasında tanınan məşhur hüquqşünas alimlərin rəğbətini və sevgisini qazanan İlham Rəhimov bununla da özünün simasında millətinə  yeni şöhrət gətirəcək zirvələrə doğru yürüşünü davam etdirirdi.

Yeri gəlmişkən, qeyd edək ki, İlham Rəhimov Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində Rusiya prezidenti Vladimir Putinlə bir qrupda təhsil alıb. Universitet illərindən başlayan bu dostluq bu gün də dəyişməz və sabit qalıb, dəyişən necə deyərlər illər, zamandır və bir də hər ikisinin müdriklik yaşı. Tələbəlik illərində İlham müəllimin ağlına da gəlməzdi ki, Putin nə vaxtsa Rusiya kimi nəhəng bir dövlətin rəhbəri ola bilər. Xatirimdədir, Putin baş nazir olanda NTV-nin müxbiri ondan qafqazlılara münasibəti barədə soruşmuşdu. Putin sualı cavablandırarkən sonda belə demişdi: “Mənim azərbaycanlılara münasibətim dərin hörmət bəslədiyim, yaxın dostum professor İlham Rəhimova olan münasibətimdən bilinər…”.

Keçmiş hərbi prokuror, hazırda hüquq müdafiəçisi olan Leonid Poloxov öz xatirələrində yazır: “İlham Rəhimov, Vladimir Putin və Viktor Xmarin sadəcə ünsiyyət saxlamırdılar, ailəvi dostluq edirdilər”. Hər üç şəxsin dostluğu ilə bağlı Putinin cüdo üzrə məşqçisi (Rəhimov da bu idman növü ilə məşğul olub) bunları deyir: “Deyilənə görə, Rəhimov tez-tez Putingilə qonaq gəlirdi və onun anası ilə də tanış idi. Putin isə tez-tez Rəhimovun yaşadığı yataqxanada gecələyirdi”. Leonid Poloxovun sözlərinə görə, nüfuzlu Leninqrad Universitetinin hüquq fakültəsində təhsil alan Rəhimov qrup nümayəndəsi olub. Onu xüsusi olaraq seçmişdilər, çünki bilirdilər ki, o, bütün dərslərdə iştirak edəcək və dərsə gecikməyəcək. 1975-ci ildə məzun olduqdan sonra Leonid Poloxov Leninqrad prokurorluğunda, Putin KQB-də işə düzəlir. Dostların yolları bir müddət ayrılsa da, bir-birlərilə münasəbət saxlamaqda davam edirlər. Putin Rusiyanın baş naziri və prezidenti seçiləndən sonrakı illərdə də dostlar arasındakı münasibətlər əvvəlki axarı ilə davam edir.  Putin hələ tələb ikən İlham Rəhimovun dəvəti ilə dəfələrlə Azərbaycanda olub və istirahət edib. Yəni məhz İlham Rəhimovun Putini respublikamıza tez-tez dəvət etməsi onun ölkəmizi daha yaxından tanımasında önəmli rol oynayıb. İlham Rəhimov bu gün də Putinin ən yaxın dostlarından biri olaraq qalmaqda davam edir.

İlham Rəhimov elə insanlardandır ki, onun nə qədər böyük, zəngin elmi biliyə, təcrübəyə malik olmasının, insanpərvərliyinin, vətənsevərliyinin, xeyirxahlığının humanizminin şahidi olmaq üçün gərək illərlə həmsöhbət olasan və yaxından tanıyasan. Təsadüfi deyil ki, bir neçə il əvvəl məşhur “Forbes” jurnalı İlham Rəhimov haqqında böyük bir məqalə dərc etmişdi. Məqalə müəllifi İlham Rəhimovu yaxında tanıyan Ümumrusiya Azərbaycanlıları Konqresinin funksionerlərinin birindən onun haqqında danışmağı xahiş edir. O belə cavab verir: “İlham Rəhimov elə bir insandır ki, gərək bioqrafiyası haqqında özü danışsın”. Bu, İlham Rəhimovun həm insan, həm alim, həm də vətənəpərvər bir ictimai xadimi kimi fəaliyyətinə verilən ən böyük  qiymətlərdən biridir. Çünki qeyd etdiyimiz kimi İlham Rəhimovu yaxından tanımaq üçün gərək illərlə onunla ünsiyyətdə olasan ki, yaxından tanıya biləsən.

“Elm mənim üçün bütün məşğuliyyətlərdən cəlbedicidir” – deyən İlham Rəhimov Lenqiqrad Dövlət Universitetində təhsilini başa vurandana sonra aspiranturada təhsilini davam etdirir və 27 yaşında ikən hüquq elmləri namizd alimlik dərəcəsi alır. Onun elmi rəhbəri Rusiya Federasiyasının əməkdar elm xadimi, hüquq elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ kafedrasının professoru, Rusiya Təhsil Nazirliyinin hüquq elmləri üzrə Baş Şurasının sədri Nikolay Aleksandroviç Belyayev (1923-2004) olub. Bununla kifayətlənməyən İlham Rəhimov 1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edir. Bununla da, postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olur, 1996-cı ildə isə professor elmi adını alır.                                                                                                                       Həyatını müqəddəs bir işə, hüquq elminin daha da inkişaf etdirilməsinə həsr edən İlham Rəhimov bu sahəyə aid yazdığı sanballı elmi əsərləri ilə qısa müddətdə məşhurlaşır. Cinayət və islah-əmək hüququ üzrə yüzə yaxın elmi məqalələrin, eləcə də bir neçə məhkəmə və qanunvericiliyin fundamental problemlərinə həsr olunmuş monoqrafiyaların müəllifidir. O son illər bir-birinin ardınca “Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi” və  “Cəzanın əxlaqiliyi haqqında” kitablarını yazır. Bu kitablar dünyanın bir sıra dillərinə tərçümə olunmaqla yanaşı müəllifə hüquq sahəsində böyük uğur və nüfuz gətirir.             İlham Rəhimovun elmi fəaliyyəti ilə bağlı onu da deyək ki, o Azərbaycanda müxtəlif sahələrdə çalışıb. Ancaq hansı sahədə çalışmasından asılı olmayaraq hər yerdə özünü bacarıqlı, işini dərindən bilən elm adamı, həm də mahir təşkilatçı, bacarıqlı rəhbər kimi göstərib.

İlham Rəhimov Azərbaycan-Rusiya və Türkiyə-Rusiya arasında münasibətlərin yaxşılaşmasında önəmli rol oynayan  şəxslərdən biridir. Ona görə də İlham Rəhimov ilk azərbaycanlıdır ki, 2005-ci ildə Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə 2-ci dərəcəli Böyük Pyotr ordeni ilə təltif olunub. İlham Rəhimovun aldığı beynəlxalq mükafatların sayı kifayət qədərdir. Məsələn, 27 avqust 2009-cu ildə Beynalxalq Qara dəniz və Xəzər dənizi əməkdaşlıq və tərəfdaşlıq fondunun direktorlar Şurasının Fəxri üzvü seçilib. Xalqlar və dinlərin bir-birinə yaxınlaşması, eləcə də cəmiyyətin inkişafında xidmətlərinə görə Beynəlxalq fondun diplom və medalları ilə təltif edilib. Fondun ilk diplomu Azərbaycan alimi, professor İ.Rəhimova verilib.

Hüquq elmi sahəsində görkəmli nailiyyətlərinə, elmi xidmətlərinə görə, 2011-ci ildə İ. Rəhimova Azərbaycan Respublikası Prezidentinin sərəncəmı ilə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilib.

Buna paralel olaraq İlham Rəhmovun elimi fəaliyyəti xarici ölkələrin də diqqət mərkəzində olub. Bu müstəvidə də 2011-ci ildə İ. Rəhimov Fransanın “Beynəlxalq İnsan hüquqları müdafiə komitəsinin” I dərəcəli (ali) “Aypara və ulduz” ordeni ilə təltif edilmiş və ona Beynəlxalq “Aypara və ulduz” ordeninin kavaleri fəxri adı verilib.

Professor İlham Rəhimov 2014-cü ilin fevral ayında isə  mərkəzi ofisi Nyu-Yorkda yerləşən Albert Eynşteyn adına Beynəlxalq Fondun laureatı adına layiq görülib. Onun mükafatları arasında Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Bolqarıstan Elmlər Akademiyasının “Doktor Honoris Kauza” ali mükafatı, demokratik cəmiyyət quruculuğu və hüquqi dövlət institutlarının inkişafındakı xidmətlərinə görə Femida ali hüquq mükafatı və digərləri var. Ötən il Rusiya Federasiyası İstintaq Komitəsinin Akademiyasının Elmi Şurasının qərarı ilə İ.M.Rəhimov akademiyanın “Fəxri professoru” adına layiq görülüb.  Eyni zamanda O, Rusiya Vəkillər Gildiyasının “Vəkilliyin inkişafındakı xidmətlərinə görə” fərqlənmə nişanı ilə təltif edilib.

İlham Rəhimov görkəmli alim olmaqla bərabər, həm də məşhur iş adamıdır. Amma o özünün elm sahəsindəki fəaliyyətindən daha çox məmnundur. İlham müəllim haqqında danışanda onun xeyriyyəçiliyi haqqında susmaq ədalətsizlik olardı. Halbuki bu mövzuda söhbət düşəndə özünün ürəyincə olmur. Amma  zəmanəsinin gerçək “Hacı Zeynalabdin Tağıyev”i adlandırılan cənab Rəhimovun xeyriyyəçilik fəaliyyətinin siyahısını sadalasaq, çox uzun alınar. 300-dən çox ürəkqüsurlu uşaqların əməliyyatı və müalicəsi, 30-a yaxın tələbənin təhsil haqqı, 200-ə yaxın insana (qohumları da daxil olmaqla) əmək haqqı ayırması və s. onun xeyriyyəçilik fəaliyyətinin cüzi bir hissəsidir.

Həyatını Azərbaycan xalqının dünyada tanıdılması, onun elmi mədəni siyasi inkişafına həsr edən dünya şöhrətli yaşlı professoru, ictimai xadimi – İlham Rəhimovu ad günü münasibəti ilə təbrik edir ona uzun ömür və səmərəli fəaliyyət arzulayırıq.

Əziz Mustafa

 

BIR CAVAB BURAXIN