Bayram Kürdəxanılını maşın vurub öldürdü 

0
559

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

 

Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan “Peugeot” markalı avtomobil onu vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.

 

Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.APA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × five =