Bayrağımızı endirən türk professorun ifadəsi alındı

0
363

Türkiyə Təhsil Nazirliyindən Uludağ Universitetinə olayın araşdırılması üçün nümayəndə gəlib. Rektorluqda müzakirədən sonra professor Salih Payın baş verən hadisə ilə bağlı izahatı tələb edilib.

Bu barədə Axar.az əməkdaşına Əskişəhər Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın deyib. Pay bildirib ki, bir ay öncə kampusda İsrail bayrağının endirildiyi müşahidə olunub. Bunun ardınca isə Ermənistan bayrağı endirilib:

“Payın sözlərinə görə, sol təfəkkürlü gənclərin Azərbaycan bayrağını endirəcəyi barədə məlumat alıb və azərbaycanlı tələbələrlə də bu mövzuda danışıb. Bildirib ki, Azərbaycan bayrağına qarşı hər hansı addımın qarşısını önləmək, yəni bayrağımızı qorumaq niyyətilə endirilməsinə və saxlanılmasına qərar verib”, – C.Aydın deyib.

Professor həmçinin etiraf edib ki, Ermənistan bayrağı məsələsində yanılıb. Ermənistan bayrağı ümumiyyətlə o kampusda asılmamalı imiş, çünki Ermənistandan heç bir tələbə bu fakültədə təhsil almır (Fakültə önündə yalnız o ölkədən təhsil alan tələbə olduqda bayrağı asılır – red.)

Cavid Aydın araşdırmanın nəticəsində hər şeyin üzə çıxacağını, Salih Payın bu izahatının nə qədər həqiqət olub-olmadığına aydınlıq gətiriləcəyini bildirib.

Qeyd edək ki, Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun Azərbaycan bayrağını endirməsi tələbələrin yaydığı videodan sonra ictimailəşib. Daha sonra türkçü gənclərin Uludağ Universitetindəki təşkilatının rəhbəri İsmayıl Haqqı Başar olayın təfərrüatını əks etdirən bəyanat yayıb.

Olay Azərbaycanda ziyalıların və millət vəkillərinin kəskin etirazına səbəb olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

9 − 1 =