Baykalı rüsvay edən, gizli videonu yayan şəxs həbs edildi

0
326

CHP-nin keçmiş sədri Dəniz Baykal və keçmiş MHP-çi idarəçilərin şəxsi həyatlarına dair intim görüntülərin internet vasitəsilə yayımlanmasında şübhəli bilinən və uzun müddətdir axtarışda olan Ankara Kəşfiyyat İdarəsinin keçmiş müdiri Zəki Güvən və FETÖ üzvü kimi axtarılan həyat yoldaşı Sevda Güvən Türkiyənin Əskişəhər bölgəsində yaxalanıblar.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, keçirilən xüsusi əməliyyat nəticəsində cütlük ticarət mərkəzlərindən birinin yeraltı dayanacağında polisin əlinə keçib.

Fətullah Gülənin “Qızıl uşaqlar”dan biri adlandırdığı, təşkilatın gələcək fəaliyyətinin nüfuzlu simalarından sayılan Zəki Güvənin bir çox qanunsuz dinləmə və lentəalma hadisəsində vacib rol oynadığı, polisin əlinə keçməmək üçün tez-tez görünüşünü və yerini dəyişdirdiyi bildirilib.

Xatırladaq ki, bir neçə il öncə CHP sədri Dəniz Baykalın intim görüntüləri yayılmışdı. Bu olay Türkiyə mediasında “Kaset olayı” adı ilə xatırlanır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × four =