Bayılda yeni söküntü işləri başlayıb – VİDEO

0
1672

Səbail rayonunun Bayıl qəsəbəsində geniş köçürmə və söküntü işlərinə başlanılıb.

İstismar müddətini başa vurmuş ikimərtəbəli binalarda yaşayanlar köçürülür. Söküləcək binaların yerində çoxmərtəbəli yeni binalar tikiləcək.

Bayıl qəsəbəsində ən geniş söküntü işləri Xanlar küçəsində icra olunur. Buradakı sakinlərin bir hissəsi evdən çıxıb, digər sakinlərlə isə danışıq aparılır. İşlər pilot layihə çərçivəsində həyata keçirilir.

Artıq boşaldılan evlərin sökülməsinə start verilib. İş icraçılarının sözlərinə görə, Xanlar və Əlibəyov qardaşları küçələrində 4 yeni binanın tikilməsi planlaşdırılır. Aparılan araşdırmalara əsasən həmin ərazidə sürüşmə ehtimalının olmadığı bildirilir.

Evlərindən köçürülən sakinlərə kirayə pulları ödəniləcək.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyevin verdiyi məlumata görə, hazırda rayon ərazisində 12 belə layihə mövcuddur. Onlardan 6-da iş aparılır, digər 6-da isə layihələndirmə və köçürmə işi həyata keçirilir. (Xəzər TV)

BIR CAVAB BURAXIN