Bayden: “Donald Tramp ABŞ tarixində prezidentliyə namizədlərdən ən səriştəsizidir”

0
559

ABŞ tarixində prezidentliyə namizədlər arasında Donald Tramp kimi səriştəsiz şəxs olmayıb.

 

Bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Filadelfiyada keçirilən Demokrat partiyasının qurultayında bəyan edib.

 

“İndiyədək prezident kürsüsünə iddialılardan Tramp kimi səriştəsiz və ölkəmizin təhlükəsizliyini təmin etməyə hazır olmayan bir şəxs olmayıb. Vətəndaşları İŞİD-lə qorxudan Tramp terrorçuların dini dözülməzlik taktikasından istifadə edir. Bəyanatları və hərəkətləri ilə bizim dəyərlərimizə xəyanət edən bu şəxs sözün əsl mənasında ölkəmizin təhlükəsizliyini sarsıda bilər” deyə C.Bayden bildirib.

BIR CAVAB BURAXIN