“Bavariya” komandasına yeni baş məşqçi təyin olunub

0
558

Almaniyanın “Bavariya” futbol komandasına yeni baş məşqçi təyin olunub. “Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yupp Haynkeslə 2018-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

72 yaşlı mütəxəssis səlahiyyətlərinin icrasına oktyabrın 9-da başlayacaq. O, Münhen klubuna dost xidməti göstərəcəyini bildirib: “Mən bunu yalnız “Bavariya”ya borclu olduğum üçün edirəm. İşə əla hisslərlə başlayacağam”.

Qeyd edək ki, Yupp Haynkes məşqçilik karyerasını 2013-cü ildə bu komanda ilə Çempionlar Liqası, Bundesliqa və Almaniya Kubokunu qazandıqdan sonra başa vurub. “Bavariya”nın əvvəlki baş məşqçisi Karlo Ançelotti isə sentyabrın 28-də Çempionlar Liqasının II tur matçında Fransa PSJ-sinə 0:3 hesablı məğlubiyyətin ardından istefaya göndərilib. Report.az

BIR CAVAB BURAXIN