Başçı müavini qəzaya düşdü: xanımı və sürücüsü öldü, oğlu…

0
400

Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalov ailəsi ilə birgə ağır qəzaya düşüb. Qəza Bakının Qaradağ rayonu ərazisində baş verib. Məlumata görə, 60 AA 002 dövlət nömrə nişanlı “Nyunday Tukson” markalı maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində R.Zeynalovun xanımı Əminə Zeynalov və sürücüsü Rövşən Cabbarov dünyasını dəyişib.

R.Zeynalov özü və oğlu isə Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.

FHN-nin yaydığı məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Səhiyyə Nazirliyi də Ələt yolunda baş vermiş ağır yol nəqliyyat hadisəsi barədə məlumat təcili yardıma saat 1:57-də daxil olduğunu açıqlayıb. Hadisə yerinə gələn həkim briqadasının verdiyi məlumata görə, iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İki kişi isə ağır vəziyyətdə KTM-ə çatdırılıb.

Hazırda KTM-in reanimasiya şöbəsində müalicələri davam edir.

***

Tovuz rayonundan verilən məlumata görə, R.Zeynalov xanımının onsuz dəfn edilməməsini istəyib və səhhəti o qədər də yaxşı olmasa da, rayona yola düşüb.

KTM-dən Axar.az-a bildirilib ki, hər iki şəxs – həm R.Zeynalov, həm də oğlu evə buraxılıblar.