Baş katib İran hakimiyyətini mafiya adlandırdı

0
556
ABŞ-ın dövlət katibi Mayk Pompeo Kaliforniyada yerləşən Ronald Reyqan Kitabxanasında yerləşən “İranlıların səsinə dəstək” adlı bölmədə çıxış edib.
Qaynarinfo xəbər verir ki, baş katib çıxışında iranlılara səslənib, İran rejimi və hökümətini sərt şəkildə tənqid edərək mafiya adlandırıb:
“Tramp hakimiyyəti İran xalqı üçün sizinlə eyni yuxunu görür. Bizim cəhdlərimiz və Tanrının köməyi ilə o günlər gələcək. İran rejiminin İran xalqı üçün kabus olması məsələsində hamının həmfikir olduğunu düşünürəm. Nüvə razılaşması prosesində İranın əldə etdiyi neft gəlirləri İran xalqına xərclənə bilərdi, lakin bunun yerinə terrorçulara, diktatorlara getdi. İranın dini lideriAyətulla Xameneyin “Sədad” adlı 95 milyard dollar dəyərə sahib investisiya fondu var. Bu təşkilat vergi vermir. Liderlər arasında korrupsiya və sərvətin miqdarı İranın hökümət yox, mafiyaya oxşar bir şey tərəfindən idarə edildiyini göstərir”.

BIR CAVAB BURAXIN