Barak Obama vida çıxışını etdi

0
645

 

Obama final speech

Barak Obama doğma şəhəri Çikaqodakı McCormick mərkəzində ABŞ prezidenti kimi vida çıxşını edib.

Prezident uzun sürən alqışları əlinin işarəsi ilə dayandırmağa çalışsa da bir müddət buna nail ola bilməyib və bu dəfə də zarafatından qalmayıb. Deyib ki, “daha məni sayan yoxdur…”

O deyib ki, bu gecə məhz onun amerikalılara təşəkkür etmək vaxtıdır.

“Mən ilk dəfə Çikaqoya gələndə 20 yaşlarımda idim və kim olduğumu, həyatımın mənasını dərk etməyə çalışırdım. Məhz bu kücəçələrdə mən imanın gücünə inandım və işləyən insanların mübarizə və itkiləri ləyaqətlə qarşıladıqlarının şahidi oldum. Mən məhz burada öyrəndim ki, dəyişiklik bu işə yalnız adi insanlar girişəndə, bir araya gəlib tələb edəndə baş verir. Səkkiz il sonra, sizin prezidentiniz kimi mən buna yenə də inanıram” deyib Obama.

O deyib ki, “Xaliq bizi bərabər yaradıb, ayrılmaz hüquqlarımızla yaradıb. Bunlar yaşamaq, azadlıq, mübarizə və xoşbəxtlik hüququdur”.

Barak Obama əlavə edib ki, bunlar aşkar hüquqlar olsa da heç vaxt özü-özünə hasilə gəlmir.

Prezident bildirib ki, Amerikanı quranlar tiranlığı yox, məhz respubliak quruluşunu seçiblər, bu ölkədə qullar azadlığa gedən yolu tapıblar və məhz buna görə də bütün dünyadan yüz minlərlə inasan bu ölkəyə can atır.

Bundan sonra Barak Obama səkkiz illik hakimiyyəti müddətində əsas nailiyyətlərini – iqtisadi geriləmədən çıxılmasını, iş yerlərinin yaradılmasını, Kuba ilə münasibətlərdə yenui fəslin açılmasını, 11 sentyabr terrorunu törədənin məhv edilməsini, daha 20 milyon vətəndaş üçün səhiyyə xidməti imkanı yaradılmasını yada salıb.

Obama deyib ki, 10 gündən sonra dünya bir daha Amerika demokratiyasının şahidi olacaq və hakimuiyyət dinc yolla bir prezidentdən başqa prezidentə keçəcək.

O bildirib ki, hakimiyyətin prezident seçilmiş Donald Tramp administrasiyasına mümkün qədər rəvan keçməsini təşkil edir, çünki ondan əvvəlki prezident George Bush da onun administrasiyası üçün məhz belə bir şərait yaradıb.

Prezident Obama vida müraciətinin böyük bir hissəsini demokratiya mövzusuna həsr edib.

O bildirib ki, hələlik ABŞ-da postiqrçi Amerikadan danışmaq tezdir. Obama qeyd edib ki, irq bu gün də cəmiyyətdə bölücü faktor kimi qalır. Lakin prezident bunu da əlavə edib ki, irqi bərabərliyin vəziyyəti indi on, iyirmi, otuz il bundan əvvəl olduğundan daha yaxışıdır.

“Lakin biz bu sahədə lazımı səviyyəyə hələ çatmamışıq” – deyib Obama.

Prezident bildirib ki, mühacirət Amerikanı tarix boyunca gücləndirib.

ABŞ və Qərb mediası xəbər verir ki, vəzifəsini tərk etməkdə olan prezidentə ehtiramlarını nümayiş etdirmək üçün bura müxtəlif irq və dinlərdən olan minlərlə insan toplaşmışdı.

Bir çoxları tədbirə bilet almaq üçün səhər saat 5-dən növbəyə durmuşdular.

Hamının ABŞ-ın 44-cü prezidentini yaxşı görməsi üçün zalda bir neçə iri telekran quraşdırılmışdı.

Amerikanın əsas media şəbəkələri və mətbuat qurumları bu tədbiri ona hələ saatlar qalarkən işıqlandırmağa başlamışdılar.

Çıxışı dinləyərdən bir çoxlarının gözlərindən yaşlar axdığını görmək olurdu.

BIR CAVAB BURAXIN