BAO Türkiyədəki tədbirlərinin yekunları ilə bağlı toplantı keçirdi

0
679

 

23 dekabr 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) ötən həftələrdə qardaş Türkiyədə keçirdiyi uğurlu tədbirlər və görüşlərin yekunları ilə əlaqədar toplantı keçirildi.

Xatırladaq ki, ötən həftələrdə BAO-nun təşkilatçılığı ilə “21 Azər” hərəkatının ildönümü ilə əlaqədar İstanbulda geniş tədbir keçirilmiş, eyni zamanda BAO-nun İstanbul Yerli Ocağının üzvləri və Bakıdan Türkiyəyə səfər etmiş BAO nümayəndə heyəti bir çox başqa tədbirlərdə iştirak etmiş, önəmli görüşlər keçirmiş, Ankarada M.Ə.Rəsulzadənin məzarını ziyarət etmiş və məzarüstü abidədə təmir işlərinin aparılmasını təşkil etmişdir.

BAO-nu ofisində təşkil olunmuş toplantını giriş sözü ilə açan BAO başqanının Türk Dünyası ilə Əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərliöncə BAO-nun Türkiyədə həyata keçirdiyi tədbirlərin ancaq Azərbaycan türkləri arasında deyil, Türk dünyasında da geniş əks-səda doğurduğunu bildirdi. O, bu uğurların davamı olaraq BAO-nun Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinədə hazırlaşdığını və bununla bağlı təşkilatın tədbirlər planını hazırlamaqda olduğunu da qeyd etdi.

Sonra söz BAO başqanı Zahir Əlisoyaverildi. Türkiyə səfərindən yeni qayıtmış Zahir bəy BAO-nun İstanbul və Ankara şəhərlərində keçirdiyi uğurlu tədbirlər və görüşlər haqqında geniş məlumat verərək ona bu barədə verilən sualları da cavablandırdı. O, eyni zamanda Cümhuriyyətin 100 illiyi ilə bağlı gələn il keçiriləcək tədbirlər planı haqqında da ümumi məlumat verdi.

Daha sonra müzakirəyə qatılan BAO-çular – Dilavər Əzimli, Cavanşir Beydullayev Natiq Ulubəy, Fərrux Əmrəli, Eldəniz Abbaslı, Elvin Abdulla və b.  qeyd olunan məsələlərlə bağlı öz fikirlərini bildirərək Türkiyədə keçirilmiş tədbirlər və görüşləri yüksək qiymətləndirdilər. Müzakirədə həmçinin Cümhuriyyətimizin 100 illiyi ilə bağlı Dərbənddə, Borçalıda və digər yerlərdə də tədbirlərin təşkil olunması qərara alındı.

Toplantıda Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadəocağının varisi, tanınmış rəssam Rəis Rəsulzadədə iştirak edirdi. O, Türkiyədə keçirilımiş tədbirlərə, o cümlədən M.Ə.Rəsulzadənin məzarüstü abidəsinin təmir olunmasına görə BAO-çulara öz təşəkkürünü bildirdi. R.Rəsulzadə həmçinin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərlə bağlı öz tövsiyələrini vermeklə bu işdə BAO-çulara uğurlar dilədi.

FOTOLAR:

BIR CAVAB BURAXIN