‘Baku Steel Company müflisləşir

0
532

11

İqtisadi çətinliklər üzündən fəaliyyətini dayandıran «Azərboru» ASC-nin borcları aktivlərindən 3,6 dəfə çoxdur. Mütəxəssislər deyirlər ki, borcverənlər pullarını məhkəmə qaydasında tələb etsələr, müəssisə müflis elan edilə bilər.

İstehsal qazanc yox, ziyan gətirir

«Baku Steel Company» (BSC) MMC-nin 2013-cü ildə investisiya müsabiqəsi yolu özəlləşdirdiyi (səhmlərin 97 faizi BSC-yə məxsusdur) Sumqayıtdakı boruyayma zavodu bu günlərdə maliyyə hesabatını açıqlayıb. Hesabata görə, ASC 2014-cü ildə 4 milyon 300 min manat, ötən ilsə 13 milyon 951 min manat zərərə uğrayıb. Boru buraxılışı müəssisəyə yalnız ziyan gətirir.

Təkcə bunu demək yetər ki, 2016-cı ilin əvvəlinə toplanmış toplam zərər 60 milyon 600 min manatı aşıb. Zavod öz mülkiyyətindəki əmlakı satsa və debitor borclarını yığsa da, bu, öhdəlikləri yerinə yetirməyə bəs etməyəcək. Məsələn, müəssisənin dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 200 min manat borcu yığılıb, banklara olan borcsa 10 milyon manata çatıb.

Balans hesabatına görə, sovetlər dönəmində Azərbaycanın ən iri sənaye müəssisəsi sayılan «Azərboru» ASC-nin əmlakının toplam dəyəri, cəmi 9 milyon 300 min manatdır.

«Baku Steel Company» MMC «Azərboru» ASC-nin ağır maliyyə durumundan necə çıxarılacağı barədə sualı cavablamayıb.

 

O biri zavod da zərərdədir

«BSC»nin nəzarətindəki daha bir metallurgiya müəssisəsi – «Baku Steel Construction» ASC (səhmlərin 79,99 faizi ona məxsusdur) də ötən ili 421 min manat zərərlə başa vurub.

«BCS»nin kimə məxsusluğu dəqiq bilinmir

«BSC»nin özü illik maliyyə hesabatını ictimaiyyətə açıqlamır. Halbuki Nazirlər Kabinetinin qərarına əsasən, şirkət ölkədəki 27 ictimai önəmli qurumlardan biri kimi, hər il bunu etməyə borcludur. 2001-ci ildə fəaliyyətə başlayan bu şirkət 1 milyon 100 min ton poladəritmə gücünə sahib olduğunu bəyan edir.

Müşahidə Şurasının sədri Rasim Məmmədov şirkətin ona məxsus olduğunu deyir. Hərçənd, rəsmi sənədlərə görə, onun payının yarısını 2009-cu ildə yerli «Politon» şirkəti satın alıb. Azərbaycan mediasında bir neçə sənaye müəssisəsini birləşdirən bu şirkətlər qrupunun gerçək sahiblərinin hakimiyyətin ən yuxarı qatında təmsil edilən şəxslər olduğu iddia edilir.

Vergi borcunu vaxtında ödəmədiyindən, «Baku Steel Construction» ASC-nin rəhbəriVasif Bağırovun ölkədən çıxışına qadağa qoyulub. O, eyni zamanda «BSC» Müşahidə Şurası sədrinin müşaviridir/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

sixteen + six =