Bakıda “Yapon” ləqəbli narkobaron həbs edildi  

0
370
Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Vüqar Quliyev polislər tərəfindən saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış zamanı narkotik maddə hesab edilən heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış zamanı əlavə olaraq Vüqar tərəfindən ayrı-ayrı yerlərdə qablaşdırılaraq gizlətdilən narkotik vasitə heroin və qurudulmuş marixuana aşkar edilib.

Ekspertiza təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisinin 150 qram heroin və 7 qram qurudulmuş marixuana olması barədə rəy verib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Vüqar Quliyev narkotik istifadəçiləri arasında “Yapon” ləqəbli narkobaron kimi tanınır. Belə ki, Vüqar Quliyev dəfələrlə analoji əməlləri törətdiyinə görə məhkumluq həyatı yaşayıb.Olke.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 + 16 =