Bakıda telefon partladı, ev alışdı

0
640
 

Paytaxtın Xətai rayonunda uzun müddət cərəyanda saxlanılan telefon partlayıb və evdə yanğın baş verib.

”Xəzər Xəbər”in votsap nömrəsinə şəkillər göndərən Ayin Məmmədov adlı izləyici bildirib ki, telefonu yatarkən cərəyana qoşublar. Gecə saatlarında partlayış səsinə oyanan ailə, xalçanın alışdığını görüb. Vaxtında müdaxilə nəticəsində alovun qarşısını almaq mümkün olub.

Ustalar isə telefonlarda partlama və alışmanın bir neçə səbəbdən başa verə biləcəyini deyirlər.

Ustaların fikrincə, uzun müddət cərəyanda saxlanılan telefonun əvvəl batareyası şişir, sonra isə partlayış və yanğına səbəb olur. Yeni model telefonların arxa qapağını açmaq mümkün olmadığından onun batareyasının şişib-şişmədiyini də görmək mümkün olmur. Əgər telefonun enerjisi qısa zamanda boşalırsa, bu da onun sıradan çıxmasının göstəricisidir.

Sorğular isə onu göstərir ki, istifadəçilərin əksəriyyəti telefonu məhz gecələr enerji ilə doldurur.

Uzun müddət cərəyanda qalan telefon təkcə yanğın deyil, eyni zamanda partlayış nəticəsində yaxınlıqda olan şəxslərin xəsrət almasına da səbəb ola bilər.

BIR CAVAB BURAXIN