Bakıda “Stalinin ölümü”nə icazə verilmədi

0
663

Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski “Stalinin ölümü” kinokomediyasının demək olar ki, MDB-nin əksər ölkələrində yayımlanmasının qadağan edildiyini açıqlayıb. Qazaxıstan, Belarus, Qırğızıstan və Rusiyada filmin nümayişi qadağan olunsa da, Ermənistan sözügedən filmin yayımlanmasına icazə verib. Bəs görəsən, həmin filmin Azərbaycanda nümayişi ilə bağlı hər hansı qadağa tətbiq olunubmu?

Bu barədə Kult.az-a danışan Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Aynur Nalbənd bildirib ki, “Stalinin ölümü” filmi ilə bağlı nazirliyə müraciət olunmayıb:

“Distribütorlar özləri də bilirlər ki, bu filmlə bağlı müəyyən problemlər var. Əvvəlcə “Stalinin ölümü”nün bir sıra xarici ölkələrdə yayımlanmasına icazə verilsə də, sonradan filmin ərizə forması geri çağırıldı və bununla bağlı cinayət işi açıldı. Belə qənaətə gəldilər ki, ekspertlər o filmə baxmalı və yenidən rəy verməlidirlər. Bunu bildikləri üçün bizə həmin filmlə bağlı heç bir sənəd təqdim etməyiblər. Yəni film Azərbaycanda qeydiyyatdan keçməyib. Bu da o deməkdir ki, “Stalinin ölümü” filminin ölkəmizdə nümayişinə razılıq verilməyib”.

BIR CAVAB BURAXIN