Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir.
APA-nın məlumatına görə, toplantıya 800-dən artıq iştirakçı qatılıb.
Daha sonra Qoşulmama hərəkatı 17-ci nazirlər konfransına sədr seçiləcək. Konfransda həmçinin Türkiyə, İran, Şimali Koreya, Əfqanıstan, Hindistan, Fələstin, Ekvador kimi ölkələrin xarici işlər nazirləri, BMT Baş Assambleyasının sədri Miroslav Layçak da iştirak edir.
Nazirlər toplantısı iki gün davam edəcək.
Konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq.
Nazirlər konfransına hazırlıq məqsədilə aprelin 3-4-də yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilib.
Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. 2019-cu ildə Azərbaycan Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək.
Qoşulmama hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir.