Bakıda qız atasını baltaladı

0
902
 

Paytaxtda qız atasını baltalayıb.

APA-nın xəbərinə görə, insident Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

BIR CAVAB BURAXIN