Bakıda öldürülən terrorçu Xudat şəhərində qeydiyyatdadır

0
582

dtx

 

 

 

 

 

İlkin məlumata görə, Məhəmməd Ulubəyovun sabah dəfn ediləcəyi gözlənilir.

“AzPolitika.info” xəbər verir ki, yanvarın 31-də DTX-nın keçirdiyi xüsusi və uğurlu əməliyyat zamanı radikal dindarlar “Abu Hafsa” ləqəbli M. Ulubəyov, “Abdulqərib” ləqəbli Q. Dəmirov, T. Alməmmədov, “Əbdülxalid” ləqəbli F. Sadıqov və “Abdullah” ləqəbli S. Məmmədov avtomat və tapancadan atəş açmaqla birgə silahlı müqavimət göstərmişlər. Onlar xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv ediliblər. F. Sadıqov isə şübhəli şəxs qismində saxlanılıb.

“Şimal xəbərləri”nin əməkdaşının apardığı araşdırmalar zamanı məlum olub ki, “Abu Hafsa” ləqəbli Məhəmməd Ulubəyov Xaçmaz rayonunun Xudat şəhərində anadan olub və orada qeydiyyatdadır. O, son vaxtlar Qusar rayonunda qayınatasının evində yaşayıb. Məhəmməd Ulubəyovun Xudat şəhərindəki “zavod evləri” adlanan ərazidə də evi var. Xudatdan aldığımız məlumata görə, “Abu Hafsa” ləqəbli Məhəmməd Ulubəyov qatı xavaric olub, tez-tez Xudata gəlib və burada da fəaliyyət göstərib.

Qeyd edək ki, bunlar ilkin məlumatlardır və dəqiqləşdirmələr davam edir.

BIR CAVAB BURAXIN