Bakıda kişi ona ərə getməyən qadını öldürdü

0
508

Avqustun 10-da Bakının Xəzər rayonunda gənc qadın qətlə yetirilib.

Bu barədə “Sputnik Azərbaycan”a Xəzər rayonunun hüquq mühafizə orqanlarından bildiriblər.

Məlumata əsasən, 1994-cü il təvəllüdlü Bakı sakini Hümbətova Səkinə Hüseyn qızı Buzovna qəsəbəsində yaşadığı evi qarşısında çox sayda bıçaq zərbələri alıb.
İstintaq qrupu şübhəli şəxsin kimliyini müəyyən edib.

Bu, daha öncə Cinayət Məcəlləsinin 128 (qəsdən yüngül bədən xəsarəti yetirmək) və 178 (böyük məbləğdə ziyan vurmaqla dəfələrlə fırıldaq əməllərinin edilməsi) maddələri ilə məhkum edilən, 1991-ci il təvəllüdlü Mərdanov Zəfər Rafiq oğludur. Mərdanov hələlik saxlanılmayıb, bu istiqamətdə iş aparılır.

Məlum olub ki, hadisə yerinə Mərdanov tanışı Zülfiyyə Şiriyevaya məxsus “Mitsubishi” markalı avtomobildə gəlib. Qətl hadisəsi ərazidə yerləşdirilən müşahidə kamerası ilə qeydə alınıb. Daha sonra cinayətkarın avtomobili Şağan qəsəbəsində aşkarlanıb.

Şiriyeva hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Müəyyən olunub ki, o, cinayət zamanı avtomobildə olub. Saxlanılan şəxs barəsində CM-nin 307-ci (cinayətin gizlədilməsi) maddəsi ilə cinayət işi qaldırılıb.

İstintaq zamanı müəyyənləşib ki, cinayətin səbəbi mərhumun Mərdanova ərə getməkdən imtina etməsi olub.

Hümbətovanın azyaşlı uşağı qalıb. Faktla bağlı istintaq davam edir.

BIR CAVAB BURAXIN